Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Eldar Quliyev : “Mən qocalmıram”

Bu gün görkəmli kinorejissor, Azərbaycanın xalq artisti, "Milli Kino" mükafatı laureatı Eldar Quliyevin doğum günüdür. Məşhur rejissorun 76 yaşı tamam olur. Simsar.az kollektivi adından Eldar müəllimin doğum gününü təbrik edirik və özəl günlə bağlı ad günü müsahibəsini oxucularımızla bölüşürük:

-Eldar müəllim, ilk olaraq, doğum gününüzü təbrik edirik, can sağlığı arzu edirik. Ad gününüzdən kimlərdən təbrik gözləyirsiniz?

-Yaxınlarım, dostlarım, tanışlarım. Bilirəm ki, onlar təbrik edəcəklər. Ad günümə heç kəsi xüsusi olaraq, dəvət etmirəm. Bilənlər gəlirlər.

-Bəs ailədən birinci kim təbrik edəcək?

-Ailə üzvlərimin hamısı. Öz  ailəmdir də, qıraq adam deyillər. Gərək ki, yaddaşlarında saxlasınlar ad gününmü mənlə bir yerdə keçirsinlər. Bakıda da olmasa, bir evdə də olmasa, amma mənlə birgə keçirsinlər.

-Ümumiyyətlə, doğum günü qeyd etməyi sevirsiniz?

-Böyük məclis keçirməyi xoşlamıram. 76 yaşım tamam olur. Allaha dua edirəm, çox sağ olsun ki məni bu yaşa kimi gətirib, çıxardıb.

- Ad gününüzdə hansı hədiyyəni istərdiniz?

-Cansağlığı, ən böyük hədiyyə odur.

-Xüsusi olaraq, sevdiyiniz əşya varmı, özəl gününüzdə sizə hədiyyə olunsun?

-Kitab bağışlayanda sevinirəm. O kitab ki mənim evimdə yoxdur, o mənim üçün ən yaxşı, ən maraqlı hədiyyədir.

-Eldar müəllim, yaşa dolmaq, qocalmaq necə bir hissdir?

-Xanım, mən qocalmıram...

Nihadə Eyyubova





18 Yanvar, 2017  12:11 Baxılıb: 2594 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner