Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakı-Naxçıvan aviareysi təxirə salındı

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin bu gün saat 14:50-yə olan Bakı-Naxçıvan aviareysi təxirə salınıb. AZAL-dan bildirilib ki, bu “E190LR” təyyarəsi ilə həyata keçirilən J2 263/J2 6412 saylı reysə sərnişin azlığı ilə bağlıdır.

Eyni zamanda, QSC-nin bu gün saat 10:00-a olan J2 261 saylı reysi də təxirə salınıb. AZAL hər gün sözügedən istiqamətdə 6 reys həyata keçirir.

Qeyd edək ki, bu istiqamət üzrə Azərbaycan vətəndaşları (böyüklər) üçün birtərəfli biletin qiyməti 50 manat, ikitərəfli 100 manat, 2-12 yaşa kimi sərnişinlər üçün birtərəfli biletin qiyməti 40 manat, ikitərəfli 80 manat, 2 yaşına qədər sərnişinlərə isə ödənişsizdir.

Xarici vətəndaşlar (böyüklər) üçün birtərəfli biletin qiyməti 70 manat, ikitərəfli 140 manat, 2-12 yaş üçün birtərəfli 47 manat, ikitərəfli 94 manat, 2 yaşına qədər sərnişinlər üçün isə birtərəfli 7 manat, ikitərəfli biletin qiyməti isə 14 manat təşkil edir.("Report")

 

 






18 Yanvar, 2017  11:39 Baxılıb: 1695 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner