Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Səlim Müslümov iranlı həmkarı ilə görüşüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. Görüşdə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə də iştirak edib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az -a verilən məlumata görə,

nazir Səlim Müslümov Azərbaycanla İran arasında yüksək səviyyədə münasibətlərin mövcud olduğunu, hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq bütün sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdiyini vurğulayıb: “Məlum olduğu kimi, 2017-ci il “İslam Həmrəyliyi İli” elan edilib. Bu da dünyada islam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımların atılmasına, o cümlədən islam ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verəcək”.

S.Müslümov Azərbaycan prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətlərindən bəhs edib, son illərdə dünyada təhlükəli proseslərin, kəskin böhranın mövcud olduğu şəraitdə də ölkəmizdə sabitlik və əmin-amanlığın davam etdiyini diqqətə çatdırıb: “Neftin qiymətinin 3-4 dəfə aşağı düşməsinə baxmayaraq, Azərbaycanda uğurlu iqtisadi şaxələndirmə siyasətinə əsaslanan inkişaf kursu davam etdirilir. ÜDM-in 70%-nin qeyri-neft sektoruna aid olduğu ölkədə təkcə ötən il bu sektor üzrə 5%, kənd təsərrüfatında 2,6% artıma nail olunub. Dünya İqtisadi Forumunun Qlobal Rəqabət Qabiliyyətliliyi İndeksinə görə 37-ci yerdə olan Azərbaycanda şəffaf və əlverişli biznes mühiti təkcə 2016-cı ildə ölkə iqtisadiyyatına 11 milyard 700 milyon dollar sərmayə qoyuluşuna imkan verib. Bütün bu amillər, eləcə də aqrar və inşaat sektorlarının inkişafına, sahibkarlığın davamlı dəstəklənməsinə, sənaye parklarının və zonalarının yaradılmasına yönələn proqramlar əmək resurslarının məşğulluq imkanlarının artmasını, əmək bazarında sabit vəziyyəti də şərtləndirir. Digər tərəfdən, orta aylıq əmək haqqı ildən-ilə artır və ötən il bu artım 7% təşkil edib”.

Nazir ölkəmizdə insan kapitalının inkişafı, müsbət demoqrafik proseslər, habelə əhalinin, o cümlədən iqtisadi fəal əhalinin artımına uyğun olaraq hazırlanan yeni uzunmüddətli Məşğulluq Strategiyası barədə məlumat verib: “Hazırda Azərbaycanın  əmək bazarında digər ölkələrlə yanaşı İran vətəndaşları da əmək fəaliyyəti göstərir və ölkə vətəndaşları kimi, onların da əmək hüquqları dövlət tərəfindən qorunur. Eyni zamanda, gələcəkdə əmək pensiyası və digər sosial hüquqlara malik olmaları üçün onlar sosial sığorta sistemi ilə əhatə olunub və bu məqsədlə fərdi uçot sistemində qeydiyyata alınıblar. Son üç ildə həmin sistemdə qeydiyyatda olan İran vətəndaşlarının sayı təqribən 3 dəfəyə qədər artaraq 1054 nəfərə çatıb”.

Dövlət sosial müdafiə sistemi barədə də səfiri məlumatlandıran S.Müslümov sosial cəhətdən həssas qrupların dövlət təminatının ildən-ilə gücləndirildiyini bildirib: “Bu gün 1 milyon 312 min nəfərin əmək pensiyası, 506 min nəfərin müxtəlif növ müavinətlərlə, 162 min ailənin 707 min nəfər üzvünün ünvanlı sosial yardımla, 15 min nəfərin sosial xidmətlərlə təmin edildiyi ölkədə sosial təminat sistemi  müvafiq əhali kateqoriyaları üçün əlçatanlığı və əhatəliliyi ilə seçilir. Dünya Bankının ekspert qrupu da araşdırmalar nəticəsində bu sistemin respublikada əhalinin yoxsul sayıla biləcək hissəsinin 90,1%-ni əhatə etdiyini və yoxsulluğun azaldılmasında mühüm rol oynadığını bildirib. Digər tərəfdən, inkluziv əmək bazarının inkişafı, aktiv məşğulluq proqramları, xüsusən özünüməşğulluq proqramı vasitəsilə aztəminatlı ailələrin gəlirlərinin artırılmasının və biznes imkanlarına yiyələnmələrinin stimullaşdırılması tədbirləri görülür”

Nazir Azərbaycanda əmək və sosial müdafiə sahələrində avtomatlaşdırılmış idarəetmə və xidmət sistemlərindən (əmək müqavilələrinin elektron qeydiyyatı, ünvanlı dövlət sosial yardımı, əlilliyin qiymətləndirilməsi və avtomatlaşdırılmış pensiya təyinatı sistemləri) bəhs edib: “Əhaliyə şəffaf və müasir şəraitdə xidmətlər göstərməyə imkan verən bu sistemlər hazırda mötəbər beynəlxalq qurumlar tərəfindən də dünyada mütərəqqi təcrübələr kimi qəbul olunur və digər ölkələrdə də təbliği dəstəklənir. Qonşu və dost ölkə olan İranla əməkdaşlıq müstəvisində digər sahələrlə yanaşı, bu sahədə də təcrübə mübadilələrinə həmişə hazırıq”.

Ə.Rəbii Azərbaycan ilə İran arasında dost münasibətlərinin mövcud olduğunu və Azərbaycanda ümumi inkişaf proseslərindən həmişə məmnun olduqlarını qeyd edib. O, iki ölkənin əmək və sosial müdafiə sahələrində də  əməkdaşlıq əlaqələrinin inkişafı üçün yaxşı imkanların olduğunu vurğulayıb. Ə.Rəbii xüsusən də müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, kimsəsiz şəxslərin sosial müdafiəsinin təmin edilməsi, sosial xidmət sisteminin təkmilləşdirilməsi, aktiv əmək bazarı proqramları, reabilitasiya və s. sahələrdə təcrübə mübadilələrinin aparılmasının önəmli olduğunu bildirib.







17 Yanvar, 2017  16:59 Baxılıb: 1383 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner