Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Teatrlarımız 20 Yanvarı necə anır?.. - “Pyes yoxdursa, teatr nə oynasın?”

20 Yanvar tarixdir, yaddaşdır, unudulmur və unudula da bilməz. Bunu hər birimiz bilirik və deyirik, hətta təkrarlayırıq da...Bəs əməldə necə? Bu tarixin yaddaşdan yaddaşa köçürülməsi üçün hansı tədbirlər görürük? Tarixi qəhrəmanlıqların, hadisələrin yaşaması üçün bir-birindən fərqli əsərlərin yazılması, filmlərin çəkilməsi, tamaşaların hazırlanması, rəsm və digər sənət əsərlərinin yaradılması vacib şərtlərdəndir. Bir neçə gündən sonra 20 Yanvar hadisəsinin növbəti ildönümü olacaq. Görəsən, ölkədə fəaliyyət göstərən teatrlarımız həmin günə xüsusi hazırlaşıblarmı. Nəticələri Simsar.az-ın teatrlar arasında apardığı sorğudan öyrənin.

Sumqayıt Dövlət Dram Teatrının mətbuat xidmətinin rəhbəri Leyla Hafizqızının sözlərinə görə 19 yanvar tarixində Hüseynbala Mirələmovun "Vicdanın hökmü" adlı tamaşası oynanılacaq. "Əsərdə Qarabağ müharibəsində iştirak etmiş vətənpərvər oğulların şücaətindən, torpaq sevgisindən, ziyalı, müəllim Rəhimin igidliyindən və qəhrəmancasına döyüşlərdə həlak olmasından bəhs edilir.”

Akademik Milli Dram Teatrında da Hüseynbala Mirələmovun başqa bir əsərinə müraciət olunaraq, "Xəcalət” tamaşası oynanılacaq. Qeyd edək ki, sözügedən tamaşa artıq bir neçə ildir ki, teatrın repertuarındadır.

Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin rəhbəri Hüsniyyə Quliyevanın sözlərinə görə teatrdə 20 Yanvar günü yalnız bir tamaşa olur. “Mənim Ağ Göyərçinim" əsəri, yazıçı Tamara Vəliyevanın qanlı 20 Yanvar faciəsinə həsr olunmuş pyesidir".

Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan isə bildirir ki, 19 Yanvar saat 16.00-da Müdafiə Nazirliyi ilə birlikdə tədbirdə olacaqlar. ""Naxçıvanski" hərbi məktəbinin kursantları üçün "Vətən" tamaşası oynanılacaq.Tamaşa uşaqlar üçün deyil, gənclər və yeniyetmələr üçün nəzərdə tutulub. Yerimiz olmadığından səyyari formada çıxış etmək məcburiyyətindəyik”

Azərbaycan Dövlət “Yuğ” Teatrının mətbuat xidmətinin rəhbəri Könül Əliyevanın sözlərinə görə, yanvarın 19-da teatrda G.Dumbadzenin "Məhşər günü" tamaşası oynanılacaq”.

Azərbaycan Dövlət Musiqili Komediya Teatrından verilən məlumata görə, 19 və 20 yanvar tarixlərində teatrda tamaşa olmayacaq: “Bizdə hər il belə olur, 19 və 20 yanvarda tamaşa olmur"...

Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva isə bildirir ki, onsuz da teatrlarında nümayiş olunan tamaşaların sonu faicə ilə nəticələnir:19 və 20 yanvar tarixlərində bizim teatrdə tamaşa olmayacaq".

Dövlət Pantomima Teatrının rəhbəri Elman Rəfiyev: “20 Yanvarda tamaşa olmayacaq” - deyir.

Azərbaycan Dövlət Rus Dram Teatrında da 19 və 20 yanvar günlərində tamaşa olmayacaq.

Azərbaycan Dövlət Kukla Teatrının saytının repertuar bölməsinə nəzər saldıqda, 19 və 20 yanvar tarixlərində tamaşanın olmadığının şahidi oluruq. Amma bununla kifayətlənməyərək, ola bilsin ki, repertuara tamaşa əlavə ediləcək ümidiylə teatrla əlaqə saxlayırıq: “19 və 20 yanvarda heç bir tamaşa yoxdur, ümumiyyətlə, həmin tarixlərdə teatrımızda tamaşalar olmur”.

“Pyes yoxdursa, teatr nə oynasın?”

Simsar.az məsələ ilə bağlı teletənqidçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin fikirlərini öyrənib. Sənətşünasın fikrincə Teatr kollektiv sənətdir. Hər hansısa bir tamaşanın yaranması üçün  isə müəllif pyes yazmalıdır. "Müəəliflər pyes yazmırsa, bu mövzuda ortalığa çıxarılası tutarlı əsər yoxdusa, teatrlar  nə hazırlasın? Burda bədii nümunə, pyesin olmağı çox vacibdir. 20 yanvar mövzusuna aid biz uzaqbaşı 2-3 dənə pyesin yazıldığını görə bilərik. Burada müəlliflər fəal işləməlidirlər.. Onlar da yazmayandan sonra, məsələn Rus Dram Teatrı nə göstərsin? Nəyi oynasınlar?”

E. Əlibəyli hesab edir ki, Mədəniyyət və Turizm Nazirliyi dövlət sifarişi xətti ilə ildə bir neçə pyes sifariş verməlidir, müəllifləri dəvət etməlidir: “Sovet dövründə belə bir ənənə var idi, hansısa böyük bir ölkə miqyaslı tədbir  keçirilsəydi, nazirlik müsabiqə elan edirdi, yazıçılar yığılırdı, bu mövzuda işləyirdi,  əsərlər təqdim edirdilər, yaxşıları bəyənilirdi və teatrlara verilirdi."

Nihadə Eyyubova







17 Yanvar, 2017  16:26 Baxılıb: 2408 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner