Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Ramiz Mehdiyevin kitabının təqdimatı keçirilib

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” adlı kitabının təqdimatı olub. Simsar.az AzərTAc-a istinadən xəbər verir ki,, tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov kitaba müəllifin 2002-ci və 2003-cü illərdə mətbuatda dərc olunmuş iki əsərinin daxil edildiyini bildirib. Diqqətə çatdırılıb ki, bu əsərlərin indi, 13-14 il sonra kitab şəklində nəşr olunaraq oxucuya yenidən təqdim edilməsi səbəbsiz deyil və dərin məntiqə söykənir. Çünki bu əsərlərdə əksini tapan fikir, mülahizə və düşüncələr müasir dövrümüzlə tam səsləşir və aktuallığını əsla itirməyib.

Tədbirdə digər çıxış edənlər vurğulayıblar ki, aktual mövzularda elmi əsərləri ilə vaxtaşırı geniş oxucu auditoriyasının diqqətini cəlb edən akademik Ramiz Mehdiyevin bu kitabı zamanla sınanmış bu və digər fəlsəfi baxışlar, fikir və mülahizələrlə zəngindir.






17 Yanvar, 2017  12:34 Baxılıb: 1662 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner