Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dünya TV efiri toyxanaya çevirib-RƏSMİ

“Milli Televiziya və Radio Şurasının (MTRŞ) monitorinqləri nəticəsində Sumqayıtın “Dünya” televiziya kanalında bir sıra xoşagəlməz hallar aşkar edilib”.

Bunu “Report”un sorğusuna cavab olaraq Şuranın şöbə müdiri Təvəkkül Dadaşov deyib.

O bildirib ki, TV-də verilişlərin əksəriyyəti “toyxana” xarakteri kəsb edir.

Şöbə müdirinin sözlərinə görə, bu televiziyanın efirinin əsas hissəsini musiqi klipləri və bayağı musiqili-əyləncəli, şou verilişlər təşkil edir: “Hətta bəzən eyni şəxs bir neçə verilişə aparıcılıq edir. Lakin peyk vasitəsilə böyük bir arealda yayımlanan yayımçının efirində müəyyən ciddi, səviyyəli layihələrin də olması lazımdır.Teleradio yayımı haqqında qanunvericiliyin də tələbi bundan ibarətdir. Qanuna görə, kanalların proqram səbətində maarifçilik və mədəniyyət məsələlərinə üstünlük verilməli, proqramların tarazlaşdırılması yolu ilə efirin kommersiyalaşmasının yaxud digər eynitipli verilişlərlə yüklənməsinin qarşısı alınmalıdır. “Dünya” TV-də isə bu tələblərə riayət olunmadığını müşahidə edirik. Yayımçının efirində şəxsi istehsal olan maarifçilik ruhlu verilişlər yayımlanmır”.

T.Dadaşov vurğulayıb ki, TV-də kommersiyalaşma məsələsində də ciddi problemlər var. Şöbə müdiri qeyd edib ki, “Dünya” televiziyasının efirdə bir neçə klinikanın reklamına həsr olunan kommersiya verilişləri yayımlanır: “Yayımçının efirində gündüz saatlarında milli-mənəvi dəyərlərə zidd məzmunlu mətnlə “Kişi ürəyi” adlı dərman vasitəsinin reklamı efirə verilir. Hazırda yayımçının efirinin monitorinqi davam etdirilir və müvafiq olaraq arayışlar tərtib edilir”.






17 Yanvar, 2017  11:42 Baxılıb: 1349 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner