Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Mübariz Qurbanlı Qətər səfiri ilə görüşüb

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qətər Dövlətinin Bakıdakı səfiri Yusif bin Həsən əl-Saini qəbul edib. Komitənin mətbuat xidmətindən Simsar.az -a verilən məlumata görə, görüşdə ölkələr arasında mövcud olan ikitərəfli münasibətlər müzakirə olunub:

Mübariz Qurbanlı ölkədəki dövlət-din münasibətləri barədə danışıb. İki ölkənin uğurla inkişaf edən münasibətlərinə toxunan Mübariz Qurbanlı vurğulayıb ki, Azərbaycanla Qətər üzvü olduqları İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində və ikitərəfli istiqamətdə yüksək səviyyədə əməkdaşlıq edirlər. Eyni zamanda, Komitə sədri Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin dünyada  İslam həmrəyliyinin gücləndirilməsinə böyük töhfə verəcəyinə əminliyini vurğulayıb. Qeyd edib ki, “İslam Həmrəyliyi İli” çərçivəsində Qətər Dövlətində də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Qətər səfiri Azərbaycan xalqının milli-mənəvi, dini dəyərlərinə sadiq olduğunu, ölkəmizdə hökm sürən tolerant və multikultural mühitdən məmnunluğunu bildirib. Azərbaycan və Qətər arasında siyasi əlaqələrin səviyyəsindən razılığını ifadə edən diplomat iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.

Qətər və Azərbaycanın dost ölkələr olduğunu və əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edən səfir münasibətlərin daha da dərinləşdiyini vurğulayıb. Diplomat Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsini İslam ölkələri arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə olacağına əminliyini vurğulayıb, “İslam Həmrəyliyi İli” və IV İslam Oyunları çərçivəsində həyata keçiriləcək tədbirlərə Qətər Fondunun da daim dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.

 

 






16 Yanvar, 2017  16:42 Baxılıb: 1393 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner