Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Küçələrə "kod səpmişəm"

"Bütün Avropa ölkələrində ünvanlar giriş konsepsiyasına əsaslanır"

Azərbaycanda müasir ünvan reyestrinin qurulması üçün qanunvericilik və institutsional məsələlər mütləq qaydada Avropa standartlarına uyğunlaşdırılmalıdır.

«APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycanda həyata keçirilən Ünvan Reyestri Layihəsinin əlaqələndiricisi İlqar Həbiyev bildirib.

Qeyd edək ki, bir qədər əvvəl dövlət başçısı Ünvan Reyestrinin aparılması qaydalarını təsdiqləyib. Amma İ.Həbiyevin sözlərinə görə, bu qaydaların bəzi əlavə və dəyişikliklərə ehtiyacı var.

Yanaşmadakı əsas dəyişikliklərdən birincisi ünvanların coğrafi koordinatlara bağlanmasıdır: «Ünvanlar hökmən məkan məlumatları ilə bağlı olmalıdır. Məsələn, bu sistemin qurulduğu Avropa ölkələrində istənilən ünvanı tapmaq üçün nəqliyyat vasitələrində quraşdırılmış GPRS sistemə ünvanı daxil etmək kifayətdir – aparat həmin ünvana çatmaq üçün ən optimal yolu göstərir».

İkinci yenilik ünvanların binanın özünə deyil, girişlərinə verilməsidir: «Bütün Avropa ölkələrində ünvanlar giriş konsepsiyasına əsaslanır. Bizdə isə bir binanın 5-6 girişi olsa da, yalnız binanın özünə ünvan verilir. Bu isə həmin ünvanların tapılmasına mane olur».

Üçüncü və ən maraqlı məsələlərdən biri ünvan sisteminin küçə adlarından asılılığını aradan qaldırmaqdır. Hazırkı sistemə görə, hər hansı küçənin adının dəyişməsi həmin küçədəki bütün ünvanları, eləcə də bu ünvanın göstərildiyi bütün sənədlərin (şəxsiyyət vəsiqələri, əmlakın sənədləri və s.) dəyişdirilməsi ilə nəticələnir. Bu isə həm inzibati çətinliklərə həm də, böyük vaxt və resurs itkisinə, ən əsası ünvanların qarışıq düşməsinə səbəb olur. Bunun baş verməməsi üçün nəqliyyat infrastrukturunun, yəni küçə, prospekt və yolların hamısı kodlaşdırılacaq. Yəni, küçənin adından asılı olmayaraq, həmin məkan yerində qalır.

Bu sistem də MDB-də ilk dəfə olaraq Azərbaycanda tətbiq olunacaq və hazırda yeni sistemin qurulması ilə bağlı müvafiq tenderə hazırlıq gedir.

Qeyd edək ki, Azərbaycanda ünvan reyestrinin yaradılması ilə bağlı layihə 2010-cu ilin iyun ayında imzalanıb, sentyabrdan onun reallaşmasına başlanıb. İşlər planlaşdırıldığı kimi davam edərsə, artıq 2013-cü ildə Azərbaycanda vahid ünvan sistemi yaranacaq. Bu sistemdən internet vasitəsilə hər bir vətəndaş istifadə edə biləcək. «Sistemin işi elə qurulacaq ki, Azərbaycanın istənilən nöqtəsindən internetə bağlana bilən insan ölkə üzrə bütün ünvanlar haqqında məlumat ala biləcək. Bu məlumat bazasından bütün dövlət orqanları də istifadə edə biləcək», - deyə İ.Həbiyev bildirib.






25 May, 2011  19:42 Baxılıb: 1279 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner