Azərbaycanda tikinti sektoru ilə bağlı korrupsiya cinayətləri azalıb.Bunu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev keçən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib. O deyib ki, 2016-cı ildə mənzil-tikinti sahəsi ilə bağlı şikayətlərin sayı kəskin azalıb.O bildirib ki, ötən il valyuta mübadiləsi qaydalarının pozulmasına görə 12 iş icraata verilib.
Həmçinin Dövlət İmtahan Mərkəzindən 5 müraciət Korrupsiyaya qarşı mübarizə Baş idarəsinə daxil olub və bu müraciətlər əsasında araşdırmalar aparılıb, cinayət işləri başlanılıb.