Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Vüsalə Mahirqızı: “İnternet fəaəliyyətini əngəlləmək mümkünsüzdür”

“Sosial şəbəkələr ürəyini boşaltmaq, söyüş söymək yeri deyil, insanların müxtəlif fikirləri paylaşdığı məkandır”

“Hər bir insan söylədiyi, danışdığı sözlərin məsuliyyətini özü daşıyır və işlətdiyi hər bir kəlmə onun tərbiyəsinin, səviyyəsinin göstəricisinə çevrilir. İnternetin, sosial şəbəkələrin nə günahı var ki, bu cür adamlar var və ağıllarına gələni danışırlar. Təəsüf ki, söyüş söyənlərin arasında bəzi jurnalistlər də var və onlar hələ qəzetlərdə çalışdığı zamanlarda belə söyüş yağdırmaqla məşğul idilər. İstənilən halda artıq belələri başa düşməlidirlər ki, sosial şəbəkələr ürəyini boşaltmaq, söyüş söymək yeri deyil, insanların müxtəlif fikirləri paylaşdığı məkandır. Görünür onların tərbiyyəsi buna imkan vermir. Əgər hər hansı insan digərinə qarşı hədyanlar, böhtanlar yağdırırsa, belə hallara qarşı hüquqi ünvanlara baş vurmaq lazımdır. Lakin intenetdə səslənən fikirlərə görə cəza qanunu olmadığından belələri öz xislətlərinə uyğun söyüşlər yağdırmaqda davam edirlər”.

Bu fikirləri APA GROUP”un baş direktoru Vüsalə Mahirqızı Qaynar.info saytına müsahibəsində jurnalistin “sosial şəbəkələr ünsiyyət məkanını deyil, daha çox söyüş meydanını xatırladır” replikasına cavab olaraq bildirib.


Son günlər internet mediaya dövlət tərəfindən nəzarət ediləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirən V.Mahirqızının fikrincə, söhbət internet mediaya nəzarətdən getmir: “Mətbuat Şurasının son toplantılarından birində təkliflər səslənib ki, internet mediada jurnalist peşə etikasına riayət olunmasını təmin etmək, KİV Haqqında qanunu pozan saytlara qarşı ictimai qınaq yaratmaq məqsədilə Məşvərət Şurası yaradılsın və mən də öz növbəmdə bu ideyaya normal yanaşıram. Əslində internet fəaəliyyətini əngəlləməyin özü mümkünsüzdür. Əgər televiziya və qəzetlərə qarşı hər hansı adminstrativ resurslar mövcuddursa, internet saytlara qarşı bunu etmək olmur. Ən pis halda az domenini qapada bilərsən, gedib beyəlxalq domenlərdən birini götürüb, məsələn Gürcüstanın İP-sini istifadə edib, fəaliyyətini davam etdirəcək”.

Anar İsaoğlu






25 May, 2011  19:25 Baxılıb: 1805 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner