Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakının baş planı olmayacaq?

Rəsmilər Bakının mərkəzi hissəsinin layihəsindən danışır

Bakının mərkəzi hissəsinin layihələndirmə planı yekunlaşmaq üzrədir. Söhbət Bakının baş planından yox, məhz mərkəzi hissəsinin yenidən qurulmasından gedir. Layihə qarşıdakı 20 ilə hesablanıb. Yəni şəhər məhəllə-məhəllə sökülüb, abadlaşdırılacaq.

Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatovun ANS TV-yə verdiyi məlumata görə, plana düşən ərazilər 1550 hektar ərazini əhatə edir.

"Bu əraziyə “Təzə Pir məscidi, "qara şəhər", Bayraq meydanı, Mikayıl Hüseynov küçəsi, Şəhidlər xiyabanı, İsmayılbəy Qutqaşınlı küçəsi, İnşaatçılar prospekti, Vaqif küçəsi, Əhmədbəy Ağaoğlu küçəsi, Heydər Əliyev Mərkəzi, Babək prospekti daxildir. Layihədə ilk növbədə həmin ərazinin küçə yol şəbəkəsinin qurulması, həm yerüstü, həm yeraltı, həm də çoxmərtəbəli avtomobil dayanacağının yerləşdirilməsi nəzərdə tutulub. Sözsüz ki, bunlar hesabatlar əsasında yerinə yetirilir", deyə İ. İsbatov qeyd edib.

İ. İsbatovun sözlərinə görə, bunlardan başqa insanların istirahəti, əyləncəsi üçün zonalar, yaşıllıqlar, parklar yaradılacaq.

"Bakı şəhərində adambaşına düşən parklar normadan aşağıdır. Belə ki, adambaşına 10 kv metrdən artıq yaşıllıq sahəsi tələb olunur. Bütün bunlar nəzərə alınıb”, deyə
Bakı Dövlət Layihə İnstitutunun direktoru əlavə edib.






25 May, 2011  18:56 Baxılıb: 2417 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner