Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

Yanvarın 12-dək meteor selini Azərbaycanda da izləmək olacaq

Səmada dekabrın 28-dən başlayan meteor yağışı və ya selinin aktivliyinin ən maksimal dövrü bu gecə müşahidə edilib.

Bunu Simsar.az -a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov deyib.

Onun sözlərinə görə, yanvarın 12-dək davam edəcək meteor selinin aktivliyini Azərbaycanda da izləmək mümkündür:"Bu prosesi səhərə yaxın – saat 3-5 radələrində adi gözlə müşahidə etmək olar. Meteor yağışı o qədər sürətlə olur ki, onu teleskopla izləmək mümkün olmur. Bunu izləməyin ən yaxşı yolu arxası üstə uzanıb daimi olaraq səmaya baxmaqdır. Meteor yağışını gecə atmosfer şəffaf və qaranlıq olan yerlərdə izləmək mümkündür. Meteorlar göydə ulduz boyda, amma bəzən ulduzdan da böyük görünürlər. Bu proses çox gözəl olur, göydə sanki işıldaquşlar uçur, gözün önündə “axan ulduzlardan” ibarət gözəl mənzərə açılır”.

Meteorların Günəş sisteminin xırda cisimləri olduğunu deyən direktor müavininin sözlərinə görə, meteor yağışı və ya seli dövrü bir prosesdir:

“Meteor selinin mənbəyi müəyyən bürclərdə olur. Onlar hansı bürcdə yerləşirlərsə, həmin bürcün adı ilə də adlanırlar. Məsələn, bu gecə müşahidə edilən “Kvadrantid” adlanır. O, Əjdaha ilə Naxırçı bürcünün arasında yerləşir və başlanğıcını da oradan götürərək Yerə doğru istiqamətlənir”.

Direktor müavini meteor yağışının Yer kürəsi və insan sağlamlığı üçün heç bir təhlükə törətmədiyini də söyləyib:

“Çünki meteorlar Yer atmosferində tamamilə yanaraq toz halına çevrilirlər. Amma meteoridlər müəyyən təhlükə törədə, Yer səthinə gəlib çatdıqda nəyəsə ziyan vura bilərlər. Çünki meteorid Yer səthinə gəlib çatır və tam yanıb qurtarmır. Amma meteoroidin Yerə gəlib çatması da min illər ərzində bir dəfə olur. İndiyədək Yer kürəsində 3000-ə yaxın meteorid tapılıb”.






5 Yanvar, 2017  11:52 Baxılıb: 2071 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner