Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

HADİSƏ

Atasına 20 bıçaq vuraraq öldürdü - BAKIDA TÜKÜRPƏDƏN HADİSƏ

Bakıda qətl hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə yanvarın 4-də gecə saat 23:00 radələrində paytaxtın Binəqədi rayonunun Müşviqabad qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1995-ci il təvəllüdlü Novruzov Laçın Mehman oğlu yaşadıqları evdə atası - 1965-ci il təvəllüdlü Məmmədov Mehman Musa oğlu ilə mübahisə edib. Mübahisəyə səbəb isə atanın içkili olması olub. Mübahisə nəticəsində L.Novruzov M.Məmmədovu çoxsaylı bıçaq zərbələri ilə - 20 bıçaq zərbəsi endirməklə qətlə yetirib.

Məlumata görə, ata M.Məmmədov içki aludəçisi olub və bu səbəbdən də ailədə tez-tez söz-söhbət yaranırmış. Dekabrın 4-də gecə saatlarında evə yenidən içkili gələn M.Məmmədov ailə üzvləri ilə dalaşıb. Buna görə də L.Novruzov mətbəx bıçağı ilə atasını qətlə yetirib.

Hadisəni törədən L.Novruzov saxlanılıb. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.




5 Yanvar, 2017  10:39 Baxılıb: 845 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 May, 2017  10:25

26 May, 2017  10:23




23 May, 2017  13:39




23 May, 2017  09:22





22 May, 2017  09:28

22 May, 2017  09:24



20 May, 2017  11:37













18 May, 2017  00:11

16 May, 2017  10:04

16 May, 2017  10:02






15 May, 2017  09:49




12 May, 2017  14:49


12 May, 2017  12:37