Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Məşhur model: “Seriala çəkilmək üçün məndən pul istədilər”

Best Model of Azerbaijan-2005” müsabiqəsində “Mister Azerbaijan 2005” adını qazanan Ruslan Mehdiyev simsar.az –a müsahibə verib. Maraqlı açıqlamalar olan müsahibəni sizə təqdim edirik.

- Çoxdandı şou biznes aləmində görsənmirsən. Bir vaxtlar çox papulyar idin, indi niyə yoxsan?

- Bəli, bir müddət idi ki, Bakıda deyildim. Gövhər xanım Həsəsnzadə ilə iş birliyimiz bitəndən sonra mən Moskvaya getdim, orada 3 il yaşadım.  Modellik peşəsini atdım kənara. Amma yenidən fəaliyyətə başlamaq istəyirəm. Hətta Azərbaycandan, Türkiyədən təkliflərim var. Türkiyədə fəaliyyət göstərn “Ay Yapım” film şirkətindən serial üçün təklif aldım. Klastinqlərdən keçmişəm. Gələn il fevral ayının 10-u çəkilişlər başlayır. Serialın adı “Yabancı komşular”– dir.

- Bu 3 il ərzində nələr dəyişib?

- Əslində bizim şou - biznes çox maraqsızdır. Boşluq çoxdur. Model biznesində ümumiyyətlə irəliləyiş yoxdur. Mən fikirləşirəm ki, bir neçə ildən sonra yeniliklər daha çox olacaq.

- Niyə Azərbaycanda model sənəti irəliləyə bilmir?

- Əslində bir çox brendlər Azərbaycanda kastinglər eləmək istəyib, amma niyəsə bu alınmayıb. Bəlkə də Azərbaycanda bu sahə gəlirli sahə olmadığından belə zəifdir.

- Bəlkə sən özün Azərbaycanda kastinglər keçirəsən?

- Əslində çox istəyərdim, amma ona müəyyən vəsait, sponsor lazımdır. Çox idman ustalarımız var ki, özlərini model kimi sınamaq istəyirlər, ancaq hara müraciət edəcəklərini bilmirlər.

- Bəs Azərbaycanda nə etmək fikrin var?

- Mən Azərbaycandan təməlli getmirəm. Bilirsiz burada bir işim var, stomotoloqam.

- Azərbaycanda çəkilən seriallara aktyor kimi dəvətlər almırsan?

- Dəvət ediblər, ancaq seriala çəkilmək üçün məndən pul istədilər. Dedim siz mənə pul verməlisiz, mən sizə yox.

- Gövhər xanımla görüşürsünüz?

- İndi çox az görüşürük. 5 il çox yaxın dost olmuşuq.

- Bəs aranızdan niyə su keçdi?

- Aramızı vurdular  yəqin. Çox gözəl, yaxşı xanımdır. O, mənim çətin vaxtımın dostudu, mənə çox dayaq olub Gövhər xanım.

Yasəmən Məmmədova







29 Dekabr, 2016  15:52 Baxılıb: 3242 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner