Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Azərbaycan “Nabucco”nu seçməyə də bilər”

Azərbaycan öz qazını Avropaya “Nabucco” layihəsi ilə yox, daha yaxşı şərtlər təklif edən digər marşrutlar vasitəsilə də çıxara bilər.

«APA-ECONOMICS»in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib. İyunun 6-da Türkiyədə “Nabucco” layihəsi üzrə memorandumun imzalanmasına münasibətini bildirən ARDNŞ prezidenti deyib ki, Azərbaycanın bu layihəyə, eləcə də Avropaya qaz nəqlini nəzərdə tutan digər layihə marşrutlara münasibəti normaldır: «Biz bu layihələrin reallaşmasını istəyirik, çünki belə olsa, bizim imkanlarımız da böyüyər».


Qeyd edək ki, artıq Azərbaycan tərəfi «Şahdəniz» layihəsinin növbəti mərhələsindən çıxacaq qazın Avropaya hansı marşrutla nəqli ilə bağlı seçimə başlayıb. Hazırda Azərbaycan “Nabucco” iştirakçıları ilə birlikdə onların təqdim edəcəkləri şərtləri müzakirə edir.


Bununla yanaşı, Rövnəq Abdullayev istisna etməyib ki, Azərbaycan öz qazını Avropaya “Nabucco” layihəsi ilə yox, daha yaxşı şərtlər təklif edən digər marşrutlar vasitəsilə çıxarsın: «Hər şey ola bilər, layihələr çoxdur və heç birini kənara qoya bilmərik. Digər marşrutlarla yanaşı, “Nabucco” layihəsinin iştirakçıları da öz şərtlərini və imkanlarını hazırlayırlar. Biz bunların arasından seçim edəcəyik».


Xatırladaq ki, «Nabucco» qaz kəməri Xəzər regionundan təbii qazın Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya vasitəsilə Mərkəzi Avroraya ixracı üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan “Nabucco Gas Pireline İnternational GmbH.” konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), “Transgaz” (Rumıniya), “Bulgargaz” (Bolqarıstan), “BOTAŞ” (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub.


Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazı da daşınacaq. Layihənin dəyərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Layihənin ümumi dəyəri 7,9 mlrd. avro təşkil edir. Lakin hazırda bu rəqəm layihə heyəti tərəfindən dəqiqləşdirilir.

İtaliya bəstəkarı Cüzerre Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq.






24 May, 2011  23:48 Baxılıb: 1227 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner