Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dollar bahalaşır

ABŞ dollarının indeksi 0,09% möhkəmlənərək 103,1 bənd səviyyəsinə çatıb. APA xəbər verir ki, beləliklə, dolların indeksi yenidən 14 illik maksimum göstərici olan 103,65 bənd səviyyəsinə yaxınlaşıb.

Avro dollara nisbətən 0,13% ucuzlaşaraq 1,0439 dollar həddinə enib. Halbuki bundan öncə avro 1,0469 dollaradək bahalaşa bilib.

Avstraliya dolları 0,18%, yəni 0,7182 dollaradək ucuzlaşıb. Beləliklə, "yaşıl qitə"nin rəsmi valyutasının məzənnəsi 7 aylıq minimuma, yəni 0,7160 dollar səviyyəsinə yaxınlaşıb.

ABŞ valyutası İngiltərə funt sterlinqinin məzənnəsinə də təzyiq göstərməkdədir. Belə ki, funt sterlinq 0,21%, yəni 1,2271 dollar səviyyəsinədək ucuzlaşıb. Dollar Yaponiya yeninə qarşı 0,22% möhkəmlənib və 117,33 yenə çatıb. Xatırladaq ki, Donald Tramp prezident seçilən gündən dollar yenə qarşı bahalaşır. Seçkilərdən bu günədək yen 10% ucuzlaşıb.

Qeyd edək ki, bir çox birjalar bayram tətilinə bağlansa da, bəzilərində kiçik həcmdə ticarətlər aparılır. Yeri gəlmişkən, bazar iştirakçıları dolların ciddi korreksiyaya uğramasını proqnozlaşdırır.






27 Dekabr, 2016  12:03 Baxılıb: 1585 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner