Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Orta məktəb məzunlarının sayı açıqlandı

2011-2012-ci tədris ilində isə ümumi təhsil məktəblərinin I sinfinə 124 min 274 şagirdin qəbul olunacağı proqnozlaşdırılır

Ölkəmizin ümumi təhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 2010-2011-ci tədris ilində 101 min 521 şagird bitirəcək. Simsar.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu göstərici ötən il 98 min 800 nəfər təşkil edib.


Qiyabi və axşam ümumi təhsil məktəblərinin XII sinfini başa vuran şagirdlərin sayı 2010-cu ildə 473 nəfər olduğu halda, bu il onların sayının 710 nəfər olacağı gözlənilir. Bakı şəhərindəki 342 (o cümlədən 330 dövlət və 12 qeyri-dövlət) əyani ümumi təhsil məktəblərinin XI sinfini 25 min 800-ə, IX sinfini isə 35 min 300-ə yaxın şagird bitirəcək. 2010-2011-ci dərs ilində I sinif şagirdlərinin sayı 120 min 420 nəfər olub. Bu göstərici 2009-2010-cu tədris ilində 118 min 947 nəfər təşkil edib. 2011-2012-ci tədris ilində isə ümumi təhsil məktəblərinin I sinfinə 124 min 274 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.


Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində 98 min 113 tələbə oxuyur. Onlardan 90 min 360 nəfəri bakalavriat, 7 min 753 nəfəri isə magistratura səviyyəsi üzrə təhsil alır. Təhsil Nazirliyinin tabeliyindəki ali məktəblərin son kurslarında 24 min 88 nəfər tələbə təhsil alır ki, onların da 20683 nəfərini bakalavrlar, 3 min 405 nəfərini isə magistrlər təşkil edir. Özəl ali təhsil müəssisələrində bakalavriat səviyyəsi üzrə 18 min 980, magistratura səviyyəsində isə 773 nəfər olmaqla, cəmi 19 min 753 tələbə təhsil alır.






24 May, 2011  18:53 Baxılıb: 1251 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner