Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Misir Mərdanov Ermənistana gedir?

Nazir düşmən ölkəyə dəvət edildi

Ermənistanın təhsil və elm naziri Armen Aşotyan Azərbaycanın təhsil naziri Misir Mərdanovu bu ilin iyul və sentyabr aylarında İrəvanda keçiriləcək beynəlxalq təhsil tədbirlərinə dəvət edib.

APA-nın xəbərinə görə, bu barədə Ermənistanın Təhsil və Elm Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, iyul ayının 1-dən etibarən Ermənistan Polşa ilə bərabər Bolonya prosesində həmsədrliyə başlayır. Həmsədrlik çərçivəsində 3-10 iyul tarixində İrəvanda beynəlxalq tələbə yay məktəbi təşkil olunacaq, 8-9 sentyabr tarixində isə ali təhsilin maliyyələşdirilməsi üzrə beynəlxalq konfrans keçiriləcək. Bu tədbirlərdə 45 Avropa ölkəsindən təhsil rəsmilərinin iştirakı gözlənilir.
Keçiriləcək tədbirlərdə iştirak etmək üçün Azərbaycanın təhsil naziri ilə yanaşı, Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Yusif Ozcana da dəvət göndərilib.






24 May, 2011  18:05 Baxılıb: 1372 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner