Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“Qarabağ”ın məşqçisi cəzalandırıldı

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XIV turu və Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında yaşananlarla bağlı qərarlar verilib.
Çempionatın “Qəbələ” – “Kəpəz” matçında meydandan qovulan Renan Da Silva 1 oyun cəzalanıb və qonaq komandanı 200 manat ziyana salıb. “Qarabağ” – “İnter” oyununun 85-ci dəqiqəsində meydan sahiblərinin məşqçisi Ruben Selles texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırılıb. Bu üzdən də legioner çalışdırıcı 1 oyun cəzalanıb, klubu isə 800 manat cərimə olunub.
Kubokun “Neftçi” - “Zirə” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib. “Neftçi” azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat ödəyəcək.
AZAL – “Qəbələ” matçında bakılıların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün paytaxt təmsilçisi 800 manat cərimə olunub. “Kəpəz” – “İnter” qarşılaşmasında 4 futbolçusu sarı vərəqə alan gəncəlilərin də cəzası eyni olub.





22 Dekabr, 2016  12:57 Baxılıb: 1991 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner