Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“On ikinci gecə” təqdim ediləcək - Nizami Kino Mərkəzində

Simsar.az xəbər verir ki, Nizami Kino Mərkəzi Vilyam Şekspirin “On ikinci gecə”-sini təqdim edəcək. Dekabrın 26-da Nizami Kino Mərkəzi British Council Azərbaycan və Co ol Connections şirkəti ilə birgə şəhər sakinlərinə dahi Vilyam Şekspirin “On ikinci gecə” pyes- komediyası əsasında qurulmuş tamaşasını rus dilində alt yazılarla təqdim edəcək. Tamaşanın rejissoru Tim Karroldur. Yaş həddi :16+

Unudulmaz personajların yer aldığı "On ikinci gecə" komediyası həsrət və itirilmiş sevgiyə həsr olunmuş təsiredici tamaşadır. Şekspirin bir zamanlar bəstələdiyi musiqi əsərlərinin bir qismi sözügedən tamaşada səslənir. 1601-ci ildə "Globe" teatrında təqdim olunan geyimləri, musiqi parçalarını, rəqsləri və bədii tərtibatları tədqiq edən, yalnız kişilərin rol aldığı tamaşadır.

Rolları aktyorlar Stiven Fray, Mark Raylens , Semyuel Barnett , Layam Brennan , Pol Çahidi, Con Pol Konnolli , İen Drisdeyl və Conni Flinn ifa ediblər. Xatırladaq ki, British Council Azərbaycan, CoolConnections şirkəti və Nizami Kino Mərkəzi layihə çərivəsində şəhər sakinlərinə Britaniyanın Milli teatr, Şekspirin Qlobus teatrı, Royal Şekspir şirkəti, Royal Opera Haus Kovent Qarden və s. kimi dünya səviyyəli teatrlarının ən yeni və ən uğurlu tamaşalarını təqdim edir. Layihənin misiyası tamaşaçıya ölkəsini tərk etmədən, yüksək keyyfiyyətlə çəkilmiş, dünya teatr və incəsənət şedevrlərini izləməyə imkan yaratmaqdır.






21 Dekabr, 2016  17:54 Baxılıb: 1678 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner