Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Axtarışlar” jurnalının son sayı çıxıb

Simsar.az xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təsis etdiyi “Axtarışlar” jurnalının bu ilə olan son nömrəsi işıq üzü görüb. Jurnalda AMEA Naxçıvan Bölməsinin, AMEA-nın Ədəbiyyat, Folklor, Dilçilik İnstitutlarının, Naxçıvan Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin və digər elm və təhsil müəssisələrində çalışan 40-a yaxın elm adamının müxtəlif səpkili mövzularda yazdıqları orijinal elmi məqalələr toplanılıb.

203 səhifəlik jurnalda Folklorşünaslıq, Ədəbiyyatşünaslıq, Dilçilik, Sənətşünaslıq və Tarix bölmələrində elm adamlarının apardıqları araşdırmalar dolğunluğu ilə öz əksini tapıb. Oğuz eposunda qəhrəman cəmiyyətin xilaskarı və qoruyucusu kimi, Naxçıvan dialekt və şivələrinin qədim türk abidələrinin dili ilə fonetik və leksik müqayisəsi, Azərbaycan dilinin dialekt sistemində Şahbuz şivələrinin yeri, Naxçıvan teatrı 1918-1920-ci illərdə, Rənglərə əzəmət bəxş edən dahi, Naxçıvanın XII əsr tarixi XIX-XXI əsrlər dövrü tarixşünaslığında, Azərbaycan dialektologiyası Almaniyada, Naxçıvan teatrına aid yeni tədqiqat əsəri və bu kimi oxunaqlı məqalələr “Axtarışlar”ın yeni sayında oxuculara təqdim olunur.

 






21 Dekabr, 2016  10:39 Baxılıb: 1627 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner