Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Vergilər Nazirliyində struktur dəyişiklikləri

Vergilər naziri Fazil Məmmədovun əmri ilə Vergilər Nazirliyində ciddi struktur dəyişiklikləri aparılıb. Simsar.az xəbər verir ki, bu barədə  Vergilər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması Baş İdarəsi və Vergi auditi və operativ nəzarət Baş İdarəsi ləğv edilərək, onların bazasında Vergi qanunvericiliyinin icrasına nəzarət Departamenti və Vergi öhdəliklərinin icrasına nəzarət Departamenti yaradılıb. Bundan başqa, vergi ödəyicilərinə xidmət Baş İdarəsi ləğv olunaraq onun bazasında Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamenti yaradılıb.

Vergilər Nazirliyi yanında Bakı Vergilər və 1 saylı Vergilər Departamentləri ləğv olunaraq, onların bazasında Vergilər Nazirliyi yanında Xüsusi Gəlirlər Departamenti, Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamenti və Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik sahibkarlarla iş Departamenti yaradılıb.

“Ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlilinə əsaslanan, ölkənin perspektiv inkişaf hədəflərini müəyyənləşdirən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” təsdiq edilib. Aparılan çoxşaxəli iqtisadi islahatlar bütövlükdə səmərəli vergi siyasəti, təkmil vergi qanunvericiliyi və əlverişli vergi mühitinin formalaşdırılmasını zəruri edir. Ötən dövr ərzində iri miqyaslı konsepsiyalar, strategiya və proqramlar qəbul edilib, beynəlxalq əməkdaşlıq çərçivəsində qabaqcıl təcrübələr öyrənilərək milli vergi sistemində tətbiq edilib, institusional potensialın gücləndirilməsi, vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi sahəsində mühüm addımlar atılıb. Struktur dəyişikliyində məqsəd ölkədə aparılan iqtisadi islahatların tərkib hissəsi və vergi sahəsində həyata keçirilən islahatların davamı kimi, Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2016-cı il tarixli “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” sərəncamı ilə Vergilər Nazirliyinə verilmiş tapşırıqların icrası, vergi orqanlarında kadr potensialından səmərəli istifadə edilməsi, eləcə də daha təkmil və müasir idarəetmə menecmentinin formalaşdırılmasıdır”, - deyə məlumatda vurğulanıb.






21 Dekabr, 2016  10:10 Baxılıb: 1920 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27





sagbanner