Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Lavrov: “Moskva görüşünü poza bilmədilər”

Moskvada Rusiya və İran xarici işlər nazirləri arasında görüş başlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarına Ankarada Rusiya səfiri Andrey Karlovun qətli ilə nəticələnən terror aktı ilə bağlı həmrəylik göstərdiyinə görə təşəkkürünü bildirib.“Bu vəhşi cinayət bizə onu göstərir ki, terrorçuluqla mübarizə güzəştsiz olmalıdır. Əgər bu terror aktının təşkilatçıları terrorçuluqla mübarizəni, o cümlədən görüşümüzü pozmaq məqsədi güdürdülərsə, onlar bu məqsədlərinə çatmadılar və çatmayacaqlar. Beynəlxalq ictimaiyyətin bəzi nümayəndələrinin Suriyada qanuni rejimə dəstəyin terror təhlükəsini artırdığı kimi təqdim etməsi cəhdləri tamamilə qəbuledilməzdir. Bu, birmənalı şəkildə terrorçuların zərbə altından çıxarılmasıdır. Biz bir qədər əvvəl türkiyəli həmkarımla görüş keçirdik. Türkiyə tərəfi bizim bu qiymətləndirməmizi bölüşür və əminəm ki, İran da bizimlə eyni mövqedədir".

Rusiya XİN başçısı danışıqların məhsuldar keçəcəyinə ümidvar olduğunu da bildirib.

Məhəmməd Cavad Zərif isə rusiyalı həmkarına, Rusiya dövlətinə Ankarada baş verən hadisə ilə əlaqədar başsağlığı verib: "Bu gün terror artıq coğrafiya və məkan tanımır. Bu onu göstərir ki, biz terrora qarşı birlikdə mübarizə aparmalıyıq. Hesab edirik ki, terror aktı üçün heç bir əsas ola bilməz, terrorçuluq qısamüddətli məqsədlərə çatmaq üçün belə xeyirli deyil. Biz Rusiya ilə birlikdə terrorçuluğa qarşı mübarizədə ön cərgədəyik. Bu gün planlaşdırılan üçtərəfli görüşün Suriya münaqişəsinin həllində faydalı olacağına inanıram. Bu gün Suriya münaqişəsinin siyasi yolla həlli üçün yaxşı zəmin yaranıb".

Qeyd edək ki, nazirlər görüşdən əvvəl Ankarada sui-qəsd nəticəsində qətlə yetirilən səfir Andrey Karlovun xatirəsini yad edib, onun portreti önünə çiçək dəstəsi qoyublar.






20 Dekabr, 2016  14:51 Baxılıb: 1526 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27





sagbanner