Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

İlhamə Quliyevanın köməkçisinə 8 il cəza istənildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın soyğunçuluqda təqsirləndirilərək həbs edilən köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror bildirib ki, M.Hüseynovanın xalq artisi İ.Quliyevanın 2 milyon 700 min manat dəyərində olan daşınan və daşınmaz əmlakını ələ keçirməyə cəhd edib. O bildirib ki, M.Hüseynova bu məqsədlə saxta vəsiyyətnamə hazırlayıb. Prokuror M.Hüseynovanın cinayət əməlinin istintaq zamanı şahidlərin ifadəsi ilə sübuta yetirildiyini bildirib. Dövlət ittihamçısı M.Hüseynovanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

M.Hüseynovanın vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib. Məhkəmə prosesi dekabrın 27-nə təyin edilib. M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevralın 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.






20 Dekabr, 2016  13:12 Baxılıb: 772 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner