Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı (Aİ) gələn il yanvarın sonunda başa çatacaq Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini daha altı ay uzadıb.Simsar.az  RİA "Novosti"yə istinadən xəbər verir ki Aİ-nin bəyannaməsində bildirilib ki, Avropa Şurası ölkələrinin dövlət və hökumət başçılarının bu il dekabrın 15-də baş tutan iclasında Minsk sazişlərinin yerinə yetirilməsini qiymətləndirdikdən sonra Rusiyaya qarşı sanksiyaların müddətinin daha 6 ay - 2017-ci il iyulun 31-dək artırılmasına qərar verilib. Məlumata görə, Avropa Şurası bu gün qərarı yazılı qaydada qəbul edib.

Xatırladaq ki, Avropa İttifaqının Rusiyaya qarşı iqtisadi sanksiyaları 2014-cü il avqustun 1-dən tətbiq edilir. Elə həmin ilin sentyabr ayında sanksiyaların müddəti uzadılıb. Məhdudlaşdırıcı tədbirlərə Aİ-dən Rusiyaya silah-sursat, eləcə də ikili təyinatlı mallar və texnologiyaların ixrac və ya idxal üzrə yeni müqavilələr bağlanmasına embarqo daxildir.






19 Dekabr, 2016  18:24 Baxılıb: 1602 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner