Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Jurnalistlərə tikiləcək bina ilə bağlı problem

Vüqar Səfərov: “Bizdən asılı olmayan səbəblərdən təməlqoyma mərasimi yubanıb"

“Media nümayəndələri üçün inşa ediləcək mənzillərə sahib olmaq istəyən jurnalistlər fərdi qaydada öz sənədlərini hazırlayıb fonda təqdim edəcəklər”.

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərov verib. O bildirib ki, binanın may ayında təməlqoyma mərasiminin keçirilməsi bəzi texniki məsələlərin həll olunmaması səbəblərdən başqa vaxta keçirilib: “Bizdən asılı olmayan səbəblərdən təməlqoyma mərasimi yubanıb. Binanın inşası ilə bağlı sənədlərin ekspertizadan keçməsi məsələsində bir qədər gecikmə var. Yəqin ki, yaxın vaxtlarda ekspertizanın nəticələrini bizə təqdim edəcəklər. Bundan sonra isə podratçı təşkilatı müəyyənləşdirərək işə başlayacağıq. Fikrimcə, prosesin başlanmasına az vaxt qalıb”.

Mənzillərin verilməsi şərtləri haqda da danışan V. Səfərov bunun evin tikintisindən sonra tam müəyyənləşdiriləcəyini deyib: “İki il müddətinə evin tikintisini başa çatdırılması nəzərdə tutulub. Evləri jurnalistlərə tam təmirli şəkildə təhvil verəcəyik”. O, zamanı gəldikcə media vasitəsilə jurnalistlərə əlavə məlumatların veriləcəyini də qeyd edib.






24 May, 2011  15:49 Baxılıb: 1169 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner