Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Sol əllə hərbi salam verən prokurordan AÇIQLAMA

Bakı şəhər Prokurorluğunun prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi Tariyel Qurbanov Fəxri Xiyabanda sol əli ilə hərbi salam verməsi haqda yayılan xəbərlərə reaksiya verib.Bununla bağlı “Qafqazinfo”ya açıqlama verən T. Qurbanov xiyabanda sol əllə hərbi salam verdiyini təsdiqləyib. Lakin bunun üçün əsaslı səbəblərinin olduğunu deyib: “Mənim sağ əlimin protez olması haqda deyilənlər yalandır. Amma sağ əlimdə problemlər var və ziyarət vaxtı həmin əlimi hərəkət etdirə bilmirdim.Bundan başqa hərbi nizamnamədə də sol əllə hərbi salam verməklə bağlı heç bir qadağa yoxdur. Mən uzun illər hərbi sahədə fəaliyyət göstərmişəm və nəinki hərbi salam verməyi, bütün hərbi işləri çox gözəl bilirəm”.

Xatırladaq ki, T. Qurbanovun sol əllə hərbi salam verməsi mediada və sosial şəbəkələrdə əsas mövzulardan birinə çevrilib. 1991-ci ildən prokurorluq orqanlarında işləyən Tariyel Qurbanov əvvəllər Tovuzun, Qaradağın və Hacıqabulun prokuroru vəzifəsində işləyib. O, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.






14 Dekabr, 2016  12:29 Baxılıb: 1861 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner