Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Qusarda avtobus qəza etdi-10 yaralı

Simsar.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Ləyər kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı sərnişin avtobusu Mühəndis Qiyasovun "Toyota-Pikap" markalı avtomobillə toqquşub.

Nəticədə avtobusda olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılardan üç nəfər - "Tayota-Pikap"ın sürücüsü M.Qiyasov, avtobusda olan sərnişinlər - rayonun Hil kənd sakini 1978-ci il təvəllüdlü Ruhiyyə Hüseynbala qızı Əlizadə və 1962-ci il təvəllüdlü Həlimə Müzəffər qızı Fərzəliyeva Qusar Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Avtobusda olan digər 10 nəfərədək yaralı isə Qusar rayonunda fəaliyyət göstərən özəl klinikalardan birinə yerləşdirilib.

Qəzaya səbəb yolun buzlu olması ehtimal edilir.

Qeyd edək ki, "Hyundai" markalı avtobus və "Toyota-Pikap" markalı avtomobil Şahdağ Turizm-İstirahət Kompleksinə məxsusdur və səhər saatlarında işçiləri kompleksə apararkən qəzaya düşüb. "Tayota-Pikap"ın sürcüsü isə kompleksin rəsmi şəxslərindən biri olub.

Faktla bağlı Qusar Rayon Polis Şöbəsində (RPŞ) araşdırmalara başlanılıb.







14 Dekabr, 2016  12:24 Baxılıb: 1810 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner