Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Arda Turan həftənin oyunçusu seçilib

UEFA Çempionlar Liqasının VI turunun ən yaxşı oyunçusunu açıqlayıb. "Report"un Avropa futbol qurumunun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu ada İspaniyanın "Barselona" klubunun türkiyəli futbolçusu Arda Turan layiq görülüb.

Yarımmüdafiəçi qrup mərhələsinin son turunda Almaniyanın "Borussiya" (Münhenqladbax) komandası ilə qarşılaşmada 3 qol vurub və bir qol ötürməsi edib. Həmin görüş kataloniyalıların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

A.Turan 58 faiz səs toplayıb. Almaniya "Bavariya"sının hücumçusu Robert Levandovski 17 faiz, Ukraynanın "Dinamo" (Kiyev) klubunun futbolçusu Andrey Yarmelonko isə 8 faiz səsə sahib olub.

Qeyd edək ki, siyahıda Kərim Benzema ("Real Madrid", İspaniya), Andre Silva ("Portu", Portuqaliya), Lukas Perez ("Arsenal", İngiltərə), Qonsalo İquain ("Yuventus", İtaliya) və Harri Keyn ("Tottenhem", İngiltərə) də yer alıb.






9 Dekabr, 2016  16:23 Baxılıb: 2275 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner