Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycan “Exo Moskvı”-nın jurnalistinin üstündən "xətt çəkdi"

Baş redaktor birinci müavininin Qarabağa səfəri ona problem yaratdı

“Exo Moskvı” radiostansiyasının baş redaktor birinci müavini Sergey Buntmanın adı ölkəmizə gəlməsi arzu edilməyən şəxslər siyahısına daxil edilib”. Simsar.az-ın məlumatına görə, bu açıqlamanı “Vesti.az” saytına Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov verib. 

Xatırladaq ki, “Exo Moskvı” radiostansiyası baş redaktorun birinci müavini Sergey Buntmanı Dağlıq Qarabağa işgüzar ezamiyyətə göndərib. Sergey Buntmanın Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfərinə Rəsmi Bakının proqnozlaşdırılması çətin olmayan neqativ reaksiyasına rəğmən radiostansiya bu avantürist ideyasından əl çəkməyib. Sergey Buntman nəinki işğal altında olan ərazilərə səfər edib, hətta separatçıların lideri Bako Saakyan, “Stepanakert meri” Vazgen Mikaelyanla müsahibələr hazırlayıb və bu müsahibələrin audioversiyası hələ də “Exo Moskvl” radiostansiyasının rəsmi saytında qalmaqdadır.

Elxan Poluxov “Vesti.az”a bildirib ki, Buntmanın Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfəri ilə bağlı ölkəmizin Rusiyadakı səfirliyinə “Exo Moskvı” rəhbərliyinə Azərbaycanın etirazını və ölkə rəhbərliyinin mövqeyini çatdırmaq tapşırılıb.

Qeyd edək ki, “Vesti.az” saytının qaldırdığı bu məsələ Rusiya və Ermənistan mətbuatında ciddi marağa səbəb olub və qeyd olunan faktla bağlı saytlarda müxtəlif məlumatlar yerləşdirilib.






23 May, 2011  20:56 Baxılıb: 1086 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner