Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

RÖVNƏQ ABDULLAYEV SON FİKRİNİ DEDİ

Neft torpaqlarında köhnədən tikilənlər sökülməyəcək, yeni tikilən heç bir evə isə sənəd verilməyəcək

Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus ərazilərdə qanunsuz tikinti işlərinin aparılmasına bəzi rayonların icra hakimiyyəti orqanlarının işçiləri və bələdiyyələri də rəvac verir. Simsar.az-ın məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, şirkət bu ərazilərdə yalnız yeni tikilən qanunsuz tikililərlə bağlı məhkəməyə müraciət edir: “Burda çoxdan tikilmiş tikililər isə sökülməyəcək: «Keşlədə 100 illərlə evlər olub. Hətta sovet dövründə orda “samastroyka” deyilən evlər olub. Biz onları və şirkətin digər ərazilərində olan köhnə evləri sökmək fikrində deyilik”.

Şirkət prezidenti bildirib ki, əlaqədar orqanların bəzi səlahiyyətli şəxsləri qanunsuz tikililərə rəvac verirlər: “Bələdiyyələr, icra hakimiyyətlərinin nümayəndələri var ki, adamlara deyirlər gedin tikin, sizə sənəd verəcəklər. Nəticədə belə ərazilərdə tikinti işləri artır. Belə olmaz axı”.

R.Abdullayev bildirib ki, bunun qarşısını almaq üçün hazırda ARDNŞ Təhlükəsizlik İdarəsinin əsas işi torpaqların qorunmasına yönəlib: “Amma hamı bilsin ki, neft torpaqlarında yeni tikilən heç bir evə sənəd verilməyəcək. Heç kim də deyə bilməz ki, o köhnə tikilidir, çünki biz 5 ildir onun çəkilişlərini aparırıq”. O ki qaldı neft ərazilərindəki torpaqlara bələdiyyələrin sənəd verməsinə, şirkət rəhbəri belə torpaq sahiblərini öz hüquqlarını bilməyə çağırıb: “Kimlər ki, bələdiyyədən sənəd alıblar, gedib onları məhkəməyə versinlər”.

ARDNŞ prezidenti mətbuatda bu barədə yazılanlara da münasibətini bildirib: “Mən heç kimin evini yıxmıram. Bu yerlərdə ev tikmək həm istehsalata, həm də orda yaşayanların özünə ziyandır. Başa düşmürlər ki, burdakı şərait onların həyatına, genofonduna ziyandır”.






23 May, 2011  20:51 Baxılıb: 2666 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner