Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Uşaq və oyuncaq

Bu dəfə biz uşağın çağalıq dövrünün psixoloji  xüsusiyyəti və oyuncaq seçimindən danışacağıq. İnşallah növbəti saylarda hər yaş dövrü haqqında yazaraq anaları sevindirəcəyik. Çağalıq dövrü 0-1 yaşlarını əhatə edir. Bu dövrdə körpə ancaq anasını tanıyır və anasından başqa adamla ünsiyyət qurmaqda çətinlik çəkir. Ana mütləq körpəsiylə sıx əlaqədə olmalı, əlindən gəldiyi qədər 18 ayına kimi körpəsinə süd verməlidir. Bu göstərici ən az 6 ay ola bilər. Ana südü az içmiş uşaqlarda gələcəkdə özünə güvən əksikliyi, ünsiyyət problemi, fobiyalar, dırnaq yemə, qələm çeynəmə, siqaret çəkmə vərdişi, depressiyaya meyllilik kimi göstəricilər özünü biruzə verir. Çağanın anası ilə ünsiyyəti dахilində və оnun fоnundа görmə, еşitmə, əzələ-hərəkət və başqa duyğu - qаvrаyışlаrlа tənzim оlunаn hərəkətləri təşəkkül tаpır.

Uşaqların oyuncaq seçimi də onların inkişafında çox vacib rol oynayır. Valideynlərin elə də əhəmiyyət vermədiyi oyuncaq seçdimi əslində övladlarının zehni, psixoloji inkişafına əvəzedilməz təsir göstərir. Dövrünün görkəmli mütəfəkkirlərindən biri olan fransız psixoloq Montaynenin sözlərini qeyd etmək istəyirəm: “Uşaqların oyunu oyun deyil, onların ən ciddi məşğuliyyətidir.”  Uşaq oyuncaqla oynayarkən düşünməyi və öz başına qərar verməyi, məsuliyyət götürməyi, bölüşməyi, xəyal gücünü, bacarıqlarını və yaradıcılığını inkişaf etdirməyi, diqqətini bir nöqtəyə toplamağı,  özünü tanımağı öyrənir. Bununla yanaşı, uşaq ən güclü instinktlərindən biri olan aqressiyasını boşaltma fürsətini də tapır.

Valideynlər oyuncaq alarkən oyuncağın üzərindəki  yaş məhdudiyyətinə mütləq diqqət yetirməlidirlər.  Bəzən valideyn bu qeyd olunan yaşın ancaq tibbi sağlamlıqla (boğazında qalması, xətər yetirməsi ilə)  əlaqədar olduğunu düşünür. Amma burda uşağın psixoloji inkişafı da nəzərdə tutulur. Elə olur ki, valideynlər uşağa özündən böyük yumşaq oyuncaqlar almaqla, sevgilərinin böyüklüyünü göstərmək istəyirlər. Amma bu yaşlarda uşaq üçün bu tip oyuncaqlar maraq kəsb etmir. Onlar daha çox rəngarəngliyə meyl edir.

7-ci ayından etibarən, uşaq ordan-burdan tutaraq, ayağa qalxa bildiyində əlinə keçən hər şeyi yerə atmaqdan zövq alır: buna görə, tullanan, yerə düşəndə səs çıxaran oyuncaqlar onun diqqəti mərkəzindədir.  Rəngbərəng toplar, iç-içə girə bilən qutular, gəlinciklər, kitablar, rəngli böyük şəkillər bu dövrün ən sevimli oyuncaqları arasındadır. 10-12-ci aylarında isə artıq onlar üçün baxça və qum oyuncaqları, toplar, hərəkət etdirilən təkərli oyuncaqlar daha maraqlı olur. Bu dövrlərdə oynanılan qum və su, uşağın toxunma hissini inkişaf etdirir. Təcrübə və kəşf olan qum və su ilə utancaq uşaq aktivləşir, dəcəl uşaq isə sakitləşir. Buna görə əziz valideynlərimiz uşaqlara oynaya biləcəyi təhlükəsiz yer hazırlamalı, oynayarkən rahat oynaya biləcəyi paltar geyindirməlidir. Bununla, valideynlərin işi bitmir; gün ərzində daimi formada (ən azı 15-20 dəqiqə) sadəcə körpəsi ilə oyun oynamalıdır, qaydaları onların qoymasına icazə verməlidir. Bu, uşaqlarda məsuliyyət və qərar vermə qabiliyyətini artırır. Oyun zamanı gülümsəmə və göz təması vacib xüsuslardandır.

Cəmiyyətin öndə olan şəxsiyyətlərinin uşaqlığına diqqət yetirsək, görərik ki, hər biri çətin və əziyyətli həyat yaşayıblar. Bu onları daha əzimli və bacarıqlı edib. Bununla da, sonda əziz valideynlərimizə onu bildirmək istəyirik ki, övladlarınızın sizə və cəmiyyətə faydalı olmasını istəyirsinizsə, onlara daim seçmək imkanı və məsuliyyət verin.  Amma kənardan yoxlamağı unutmayın!

"Simsar" jurnalı






7 Dekabr, 2016  18:04 Baxılıb: 3303 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner