Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

2011-ci ildə hərbi sahəyə 3,3 milyard dollar vəsait ayrılacaq

Azərbaycanın 2011-ci il dövlət büdcəsində müdafiə xərcləri 39 mln. 735 min manat artırılaraq 1 364 796 025 min manata çatdırılacaq.

APA-nın məlumatına görə, bu barədə Milli Məclisə daxil olmuş Azərbaycanın 2011-ci il dövlət büdcəsinə əlavə və dəyişikliklər layihəsində qeyd olunub.

2011-ci ildə artımla bir yerdə nəzərdə tutulan vəsaitin 1 270 857 361 manatı Müdafiə Nazirliyi, 92 932 391 manatı Dövlət Sərhəd Xidməti daxil olmaqla müdafiə qüvvələri üçün nəzərdə tutulub. Öz növbəsində, bu vəsaitdən 34 506 900 manatı əməkhaqqı və pensiya təminatına, 188 014 055 manatı ölkənin müdafiə potensialının gücləndirilməsi ilə bağlı xərclərə, 3 374 102 manatı mənzil, kommunal, kommunikasiya kimi xidmətlərdə yeni tariflərin tətbiqi ilə bağlı digər xərclərə, 49 163 227 manatı maddi-texniki təminatın möhkəmləndirilməsi ilə bağlı xərclərə yönəldiləcək. Müdafiə xərcləri bölməsi üzrə vəsaitin 88 955 665 manatı milli təhlükəsizlik tədbirlərinə, o cümlədən, 86 955,665 manatı Milli Təhlükəsizlik Nazirliyinə, 2 mln. manat bu sahədə maddi-texniki təminatın gücləndirilməsinə sərf olunacaq. Bundan başqa, müdafiə xərcləri bölməsi üzrə Müdafiə Sənayesi Nazirliyinə müdafiə sahəsində tətbiqi tədqiqatlara görə 2 326 428 manat, digər xərclər üçünsə 2 656 571 manat yönəldiləcək.

Qeyd edək ki, büdcənin müdafiə xərcləri bölməsində digər hərbiləşmiş qurumlar olan Daxili Qoşunlar və Xüsusi Dövlət Mühafizə Xidməti büdcənin hüquq-mühafizə orqanları bölməsi üzrə maliyyələşdirilir. 2011-ci ilin büdcəsində Daxili Qoşunlar üçün 62 862 743 manat, Xüsusi Dövlət Mühafizə Xidməti üçünsə 68 300 702 manat vəsait nəzərdə tutulub.

Bundan başqa, 2011-ci il dövlət büdcəsinin xərclərində xüsusi müdafiə təyinatlı layihələr üçün əlavə olaraq 1 mlrd. 087 mln. manat vəsait nəzərdə tutulub. Bununla da, Azərbaycanın ümumilikdə hərbi sahəyə yönəltdiyi vəsaitin həcmi 2 582 959 470 manat (3 mlrd. 270 mln. ABŞ dolları) təşkil edəcək.






23 May, 2011  19:58 Baxılıb: 1250 Çap

Bu bölmədə


XƏBƏR LENTİ







10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54


sagbanner