Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva əlillərin problemlərini qaldırdı

Millət vəkili Q.Paşayeva 2017-cü ilin dövlət və icmal büdcəsi layihəsinin bu gün Milli Məclisdə müzakirəsi zamanı çıxışında əlillərin probleminə geniş yer ayırıb və hökumət üzvlərini onların həllində daha fəal olmağa çağırıb.

Millət vəkili Qənirə Paşayeva ünvanlı sosial yardımın təyini zamanı ailədəki 1-ci qrup əlillərin aldığı müavinətlərin ailənin qazanc bölməsinə aid edilməməsinə çağırıb və bu istiqamətdə əlillərin xahişini hökumət üzvlərini  diqqətinə çatdırıb və qısa zamanda bu məsələyə baxılmasına çağırıb. Millət vəkili Qənirə Paşayeva Azərbaycan Respublikasının 2017-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlərin müzakirəsi zamanı əhalinin kasıb təbəqəsinə verilən ünvanlı sosial yardım zamanı ailəsində əlil olan insanların dövlət tərəfindən aldığı müavinətin ailənin qazancları içərisində hesablanmamasını hökumətdən xahiş edib. O deyib: "Bu çox önəmli məsələdir ki, dövlətimiz yoxsul, kasıb ailələrə dəstək göstərmək üçün onlara ünvanlı sosial yardım verir. Çox təəssüf ki, əlillərin aldığı əlillik müavinətləri ailənin qazancına daxil edilir, bu da bir sıra kasıb ailələrin ünvanlı sosial yardım əldə edə bilməməsinə yol açır. Nəzərə almalıyıq ki, dövlətimiz əlillərə müavinəti onların dərman və müəyyən ehtiyaclarını ödəmək üçün verir və həmin vəsait əlillərin özlərinin ehtiyaclarını ödəməyə ancaq yetir. Ona görə də onların əlillik müavinətlərinin ünvanlı sosial yardımın verilməsi üçün ailə qazanclarının üzərinə hesablanmasını ləğv etmək vacibdir. Özəlliklə ilk öncə I qrup əlillər üçün, belə ki onların problemləri daha çoxdur. İlk olaraq I qrup əlillərin ailələrindən başlayaraq bu addımı atmamız çox önəmlidir. Hesab edirəm ki, bu ölkənin yürütdüyü sosial siyasətə də uyğun olaraq humanist bir addım olardı. Bu səbəbdən hökumət üzvlərini və aidiyyəti qurumları ünvanlı sosial yardıma ehtiyacı olan və ailələrində əlil olan insanlar üçün əlillərin aldığı müavinətin ailə qazancları içərisinə daxil edilməməsi məsələsini həll etməyə çağırıram." Millət vəkili Q.Paşayeva ali məktəblərdə ödənişli təhsil alan 1-ci qrup əlillərin təhsil haqqını ödəməkdə çətinlik çəkməsi və həmin vəsaitin dövlət tərəfindən ödənilməsinə dəstək göstərilməsi ilə bağlı Milli Məclisdə qaldırılan məsələyə həssas münasibət göstərərək həmin şəxslərin təhsil haqlarının nazirlik tərəfindən ödənəcəyi sözünü verən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova təşəkkür edib və bildirib ki bu ali təhsil almaq istəyən fiziki imkanları məhdud gənclər üçün də böyük stimul olacaq və çox vacib bir addımdır. Millət vəkili Q. Paşayeva fiziki imkanları məhdud şəxslərin, əlillərin işlə təminatı sahəsində üzləşdiyi bəzi problemləri səsləndirərək müəyyən təkliflərlə çıxış edib və müvafiq qurumları bu məsələlərə daha çox diqqət ayırmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva əlillərin işlə təminatındakı problemlərdən danışıb və bildirib ki, əlillərin işlə təminatı və məşğulluğu sahəsində həllini gözləyən ciddi məsələlər var:”Bizim əsas məqsədimiz o olmalıdır ki, sağlamlıq imkanı məhdud olan şəxslər, əlillər daha çox işlə təmin olunsunlar. Çox təssüf ki bizdə Heydər Əliyev Fondundan başqa sosial məsuliyyət prizmasından fəaliyyətlərini quran qeyri-dövlət və özəl qurumlar demək olar ki yox dərəcəsindədir. Əslində mobil rabitə ilə bağlı şirkətlərdə Azərsell, Baksell və bir çox digər şirkətlərdə görmə qabiliyyətini itirmiş şəxslərin, əlil arabasında olan fiziki imkanları məhdud şəxslərin işləməsi üçün geniş imkanlar var. Sağlam insanlar hər yerdə işləyə bilər amma əlil insanların işləyə bilməsi üçün müvafq işlər var və yaxşı olar ki həmin yerlərdə məhz onlar işlə təmin olunması artsın. Lazım olarsa nazirliyin dəstəyi ilə həmin işlərin öyrənilməsi istiqamətində kurslar da təşkil edilə bilər. Mən Əmək və Əhalinin Sosail Müdafəsi naziri Səlim Müslümovdan xahiş edirəm ki nazirlik bu təşəbbüsü həyata keçirsin və bu cür şirkətləri dəvət etsinlər və birlikdə əlil insanların daha çok işlə təmin olunaması üçün nələr edə bilərik deyə geniş müzakirələr açılsın. Bu cür insanların işlə təmin olunması ilk növbədə lazımdır. Bu sahəyə cavabdeh qurumların isə qanunvericiliyin əlillərin işlə təminatı ilə bağlı tələblərin yerinə yetirilməsi istiqamətində nəzarət mexanizmlərini ciddi şəkildə gücləndirməsinə ehtiyac var”.






7 Dekabr, 2016  12:14 Baxılıb: 1644 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner