Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Pirallahı adasını sahillə birləşdirən körpü açılıb

Bakı şəhərinin Pirallahı rayonunda Pirallahı adasını sahillə birləşdirən yeni avtomobil körpüsü sürücülərin istifadəsinə verilib. "Azəravtoyol" ASC-dən Simsar.az -a verilən məlumata görə, Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrliyində yerləşən körpünün uzunluğu 422 metr, eni 14 metr, hərəkət hissəsinin eni 12 metr, orta aşırımda dəniz səviyyəsindən hündürlüyü isə 11 metrdir. Körpü 9 aşırımdan ibarətdir.

Körpünün alt hissəsindən gəmilərin maneəsiz şəkildə hərəkəti üçün xüsusi keçid hissənin açılması da yekunlaşmaq üzrədir. Bunun üçün körpünün alt hissəsinin və mövcud yolun qazılması işləri aparılır.

Hazırda Qala-Pirallahı I texniki dərəcəli avtomobil yolunun sonundan körpünün girişinə qədər olan avtomobil yolunun II texniki dərəcəyə uyğun yenidən qurulması işlərinə də start verilib. 730 metr uzunluğunda olan yolun eni 12 metr olacaq.

Qeyd edək ki, "Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunun dəniz suyu ilə yuyulmasının qarşısının alınması, yol üzərində körpünün tikintisi və yol boyunca sahil bərkitmə işlərinin aparılması Layihəsi" üzrə tikinti işlərinə 2012-ci ilin sentyabrında başlanılıb.






7 Dekabr, 2016  10:27 Baxılıb: 1644 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner