Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Rəşid Behbudovun 100 illiyi qeyd olunacaq

Dekabrın 14-də Heydər Əliyev Sarayında SSRİ və Azərbaycanın xalq artisti Rəşid Behbudovun anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a  verilən məlumata görə, yubiley tədbirində R. Behbudovun Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən danışılacaq, sənətkarın mahnıları səslənəcək.Rəşid Behbudov 1915-ci il dekabr ayının 14-də Tbilisi şəhərində xanəndə Məcid Behbudalı oğlu Behbudovun ailəsində anadan olub. O, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında böyük rol oynayıb. Azərbaycan mahnıları ilə yanaşı o, 50-dən artıq xarici mahnını da həmin xalqın dilində ifa edib.Rəşid Behbudov 1946-cı ildə SSRİ Dövlət mükafatı laureatı, 1959-cu ildə SSRİ xalq artisti, 1978-ci ildə Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, 1980-cı ildə Sosialist Əməyi Qəhrəmanı və Lenin Ordeni kimi fəxri ad və titullara layiq görülüb. O, Azərbaycan SSR Ali Sovetinə (3-6-cı çağırış) və SSRİ Ali Sovetinə (7-9-cu çağırış) deputat seçilib. 1989-cu il iyunun 9-da görkəmli müğənni vəfat edib. O, Fəxri Xiyabanda dəfn olunub, məzarı üstündə qəbrüstü abidə ucaldılıb.

 






7 Dekabr, 2016  10:19 Baxılıb: 2031 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner