Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

PORTRET - Məmmədrza Şeyxzamanov

Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub. 2 yaşında atasını itirdikdən sonra ailələrinin bütün yükü anası Böyükxanım çiyinlərinə düşür. Evdar qadın olan anası inqilabdan sonra Gəncədəki toxuculuq fabrikində işləməyə başlayır. Məmmədrzanın məmur babası Nağı Şeyxzamanov və yaxın qohumları repressiyaya məruz qalaıblar. Bu da ailənin bəxtinə, taleyinə kədərli bir iz salır, olmazın çətinliklər və problemləri ilə üzləşirlər. Bu çətinliklər Məmmədrza Şeyxzamanovun sənətində də az-çox özünü biruzə verməkdə idi. Ona layiq olduğu xalq artisti adını da çox sonralar, 1974-cü ildə veriblər. 1929-cu ildə ibtidai məktəbi bitirən Məmmədrza orta məktəbə daxil olur. O, müəllimlər və şagirdlər arasında istedadı, tərbiyəsi, savadı və biliyi ilə fərqlənir.  Aktyorluq sənətinə olan maraq və həvəs isə hələ məktəb illərində özünü biruzə verib. 1934-cü ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılovun təşəbbüsü ilə teatra dəvət edilir. İlk dəfə Ə.Həmidin "Hind qızı" tamaşasında Brahma adlı kiçik rolda çıxış edir.

1954-cü ildə isə Mədəniyyət Nazirliyinin əmri ilə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başlayır. Ümumiyyətlə, o, teatr və kino tarixində öncül yer tutan  Gəncə teatr məktəbinin görkəmli nümayyəndələrindən olub.  Xarici görünüşü və daxili mədəniyyəti, ağıryanalığı, sözübütövlü, təmkinliliyi ilə  əsl azərbaycanlı kişisi olub.  Yaratdığı obrazın mənfi və ya müsbət  olmasına baxmayaraq  səhnədə və  ekranda həmişə böyük  görünüb, necə var eləcə... Tamaşaçı onu həmişə alqışlarla qarşılayıb.Bu, əsl məhəbbət, istək idi. Hər sənətkara nəsib olmayan  məhəbbət və istək.Özünəməxsus baməzəliyi ilə seçilən böyük sənətkar şit, yersiz zarafatları xoşlamazmış.

Məmmədrza Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə çıxır. "Bəxtiyar" filmində Rəcəbov rolunu oynayan aktyor daha sonra bir-birinin ardınca filmlərə çəkilməyə başlayır. "Qızmar günəş altında"da Alı kişi, "Leyli və Məcnun"da Dərviş, "Bir qalanın sirri"ndə həkim Eldostu, "Onu bağışlamaq olarmı"da polkovnik Qurbanov, "Qatır Məmməd"də Gəncə qubernatoru, "Nəsimi"də Şeyx Əzəm,  “ Tütək səsi “ də  İsfəndiyar kişi kimi obrazlar yaradır.

Məmmədrza Şeyxzamanovun ciddiliyi  ilə yanaşı bir uşaq sadəlöhflüyü də olub. Çox müdrik, dünyagörmüş insan olan dahi sənətkar çətinə düşənlərə kömək edər, uşaqla uşaq kimi, böyüklə də böyük kimi rəftar edərmiş.sənətkar Ədil İsgəndərov isə aktyora Şeyx deyərək xitab edərmiş. Həyat yoldaşını dəlicəsinə sevərək ailə həyatı quran M.Şeyxzamanov həm də gözəl ailə başçısı olub.

1984 -cü il yanvar ayının 24 də, soyuq bir qız günündə böyük aktyor dünyaya əbədi olaraq gözlərini yumur.

Sevinc Vəliyeva ("Simsar" jurnalı)






6 Dekabr, 2016  17:54 Baxılıb: 3451 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14




sagbanner