Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İlham Əliyev Rusiyanın daxili işlər nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Rusiya daxili işlər naziri Vladimir Kolokoltsevi qəbul edib. Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları, daxili işlər nazirlikləri arasında uğurla inkişaf etdiyi bildirilib, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi qeyd olunub. Səfər zamanı daxili işlər nazirlikləri arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıqla bağlı məsələlərin müzakirə ediləcəyi vurğulanıb, əlaqələrimizin gələcəkdə daha da möhkəmləndiriləcəyinə əminlik ifadə olunub.

V. Kolokoltsev ölkələrimizin daxili işlər orqanları arasında əməkdaşlığa göstərdiyi diqqətə görə prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. Azərbaycan-Rusiya-İran prezidentlərinin birinci Bakı Sammitinə toxunan V. Kolokoltsev sammitdə dövlət başçıları tərəfindən imzalanan Bəyannamənin qarşılıqlı faydalı əməkdaşlıq və birgə fəaliyyətlə bağlı məsələlərin müzakirəsi zamanı əlaqələrin inkişafı üçün əlavə stimul yaratdığını deyib.

Azərbaycan-Rusiya-İran prezidentlərinin birinci Bakı Sammitinin əhəmiyyətini yüksək qiymətləndirən prezident İlham Əliyev bu formatın artıq formalaşdığını və bunun, həmçinin regionda təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi işinə istiqamətləndiyini deyib.







6 Dekabr, 2016  17:11 Baxılıb: 1635 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner