Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Kürdəmirdə leysan

Rayonda 15 min hektara yaxın əkin sahəsi su altında qalıb

Ötən iki gün ərzində yağan güclü leysan yağışları nəticəsində Kürdəmir rayonunda 200-ə yaxın fərdi yaşayış evini, həyətyanı və əkin sahələrini su basıb. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə hallar komissiyasının sədri Vasif Məmmədov APA-nın Şirvan bürosunun bildirib ki, güclü leysan yağışları nəticəsində əmələ gələn sel suları Kürdəmir şəhərinin Bakı, Azərbaycan, Alı Mustafayev, Əzizbəyov, M.Ə.Sabir, İ.Məmmədov küçələrində və Aran yaşayış massivində, şəhərə bitişik Atakişili və Xırdapay kəndlərində yerləşən 200-ə yaxın fərdi yaşayış evinə dolub, mənzillərin zirzəmisi və həyətyanı sahələr lil örtüyü ilə əhatə olunub. Həyətlərə yığılan suyun hündürlüyü 1 metrə yaxındır. Küçələrdə keçilməz su gölməçələri yaranıb. Bir çox evlər küçələrə nisbətən təxminən 70-80 sm çökəkdə yerləşdiyi üçün daha çox həmin əraziləri sel suları basıb. Həmçinin, Kürdəmir şəhərindəki uşaq-musiqi məktəbinin otaqlarına və həyətyanı sahəsinə də yağış suları dolub. Yağış və sel suları Kürdəmir şəhərinin ərazisinin 60 faizinə ciddi ziyan vurub. 

Həmçinin, 20-yə yaxın kənddə və Kürqırağı yaşayış məntəqələrində yağış və sel suları, eləcə də qrunt suları təxminən 200-ə yaxın evin həyətinə dolub, yolları, əkin sahələrini lil örtüb, ümumilikdə 15 min hektara yaxın əkin sahəsinə ciddi ziyan dəyib.

Rayon ərazisinə dayanmadan yağan güclü yağış evlərin sudan xilas edilməsi işini çətinləşdirib. Yalnız bu gün səhər saatlarında yağış dayanıb və əraziyə Kürdəmir rayon Su-Kanal İdarəsinin və FHN-in Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin maşınları və canlı qüvvəsi cəlb olunub. Hazırda ərazilərdə 2 yanğınsöndürən maşın və 10 su nasosu işləyir. Həyətlərdən suyun çəkilərək başqa əraziyə axıdılması istiqamətində işlər davam etdirilir. Rayon Fövqəladə hallar komissiyanın nümayəndələri yağış sularının ziyan vurduğu yerlərdə olublar. Hadisə ilə bağlı Nazirlər Kabinetinə və Fövqəladə Hallar Nazirliyinə artıq məlumat verilib.






23 May, 2011  17:33 Baxılıb: 1082 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner