Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Şanlı" səhiyyəmizi tanıyaq

Tanınmış jurnalist-teleaparıcı Namiq Qurban öz feysbuk səhifəsində "Şanlı" səhiyyəmizi tanıyaq" başlıqlı yazıda səhiyyəmizdəki daha bir məsuliyyətsizliyi qeyd edib:

"Bu günlərdə dostumuzun atası beyin insultu keçirdib. Övladları komada olan atalarını dərhal "Semaşko"ya çatdırıblar. Nə qədər eləsələr də reanimasiyaya xəstəni qəbul etməyiblər.Yerimiz yoxdur deyiblər. Amma səbəb tamam başqadır. Pasient tərəfdən "ağsaqqallıq" eləyən olmayıb.Uzun bir müddət komada olan xəstəni qəbul otağında gözlədiblər. Heç bir ilkin yardım göstərmədən. Amma həkimlər anlamayıblar ki, bu dəfə "daş qayaya rast gəlib". .Başına döndüyüm dağlı qardaşlar xərəkdə xəstəni birbaşa reanimasiyaya özləri qaldırıblar. Təpiklə qapını açıb içəri giriblər. Reanimasiyada da bəs qədər "koyka" var imiş. Həkimlər qorxublar və tədaviyə başlayıblar.Dərhal böyük dərman siyahıları və s. və i.Beləcə, 2 gün xəstənin adamları aptek və reanimasiya arasında həm var-gəl edib, həm də var-yoxdan çıxıblar. Torbalarla bahalı dərmanlar, pul, şirinlik və s.

Daha dəhşətli olanı isə indi yazıram. 3-cü gün dostum atasını yoluxmaq üçün növbəti dəfə xəstəxanaya gəlir. Reanimasiyada növbə dəyişən vaxt imiş.Qapıçıdan tutmuş ta reanimasiyanın həkim- tibb personalı dostuma gözaydınlığı verirlər ki, bəs atanız artıq nadinclik edir, qadağan etməyimizə baxmayaraq durub oturmaq istəyir və s. Dərkən, dostum sevinməzmi? Köhnə növbənin bütün işçilərinə şirinlik paylayır. Yeni növbə də adəti üzrə dostumu yenidən dərman almaq üçün aptekə göndərir. Bir torba dərmanı alıb gətirən dostum birdən deyib ki, girim içəri atamı da görüm.

İçəri girəndə atasının "koyka"sını boş görüb. Personal isə çaşqınlıq içində hərə bir tərəfə qaçıb gizlənib. Sən demə, xəstə 3-4 saat imiş keçinib və artıq reanimasiyadan morqa ekstradisiya edilibmiş.

Ata dəfn olundu. Amma övladları hələ də ata itkisindən çox bu şərəfsizliyin şokunda.

Simsar.az məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mövqeyini öyrənəcək.






5 Dekabr, 2016  17:39 Baxılıb: 1909 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner