Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Maskalı şəxslər evə basqın edib - BAKIDA

Bakıda maskalı şəxslər evə basqın edib."Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi 12-ci mədən, Əmir Bağırov küçəsində baş verib.

Belə ki, iki maskalı şəxs burada yerləşən fərdi evin pəncərəsinin sındırılması yolu ilə içəri daxil olublar. Onlar ev sahibəsi 33 yaşlı Şahverdiyeva Pakizə Məhəmməd qızına polisə xəbər verəcəyi halda üç azyaşlı uşağını öldürəcəyi ilə təhdid ediblər. Evdən qızıl-zinət əşyaları, məişət avadanlıqları aparılıb. P.Şahverdiyeva qorxaraq azyaşlı övladları ilə birgə Sabunçu rayonunda yerləşən anasının evinə gedib.

O, evin mətbəxində özünə bıçaqla bir zərbə vurub. P.Şahverdiyeva ağır xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları araşdırmalara başlayıb.

Qeyd edək ki, hadisə vaxtı ev sahibi Allahverdi Şahverdiyev evdə olmayıb. O, fərdi şəkildə beynəlxalq karete yarışlarında iştirak edirmiş.






5 Dekabr, 2016  16:10 Baxılıb: 1865 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner