Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sabaha külək,yağış, qar gözlənilir

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda dəyişkən buludlu olacağı, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-5° isti, gündüz 6-8° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-9° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütünundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-70 % təşkil edəcək.

Dekabrın 5-6-da Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. 5-də axşam, 6-da arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Havanın temperaturu 5-8° aşağı enəcək, maksimal temperatur gündüz saatlarında 3-5° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Lakin günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq yağış, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacağı gözlənilir.

Dekabrın 5-i günün ikinci yarısında, 6-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu 3-6° aşağı enəcək. Yolların buz bağlama ehtimalı var.

 






5 Dekabr, 2016  12:20 Baxılıb: 1531 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner