Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

BANM-də Erasmus+ günü keçirildi

Bakı Ali Neft Məktəbi (BANM) ilk dəfə Avropa İttifaqının Erasmus+ proqramı üzrə milli nümayəndəliyi ilə birgə Erasmus+ proqramı ilə bağlı Azərbaycanın ali təhsil müəssisələri üçün Məlumatlandırma günü keçirdi. Milli Erasmus + ofisi ilə birgə keçirilən tədbirdə Azərbaycanın ali təhsil müəssisələrinin nümayəndələri, eləcə də Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), British Council-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri, o cümlədən Avropa Ittifaqının ölkəmizdəki nümayəndəliyinin  təmsilçisi və bir sıra səfirliklərin əməkdaşları, həmçinin Bakı, Naxçıvan Muxtar Respublikası, Sumqayıt, Lənkəran və Mingəçevirdə yerləşən ali təhsil müəssisələrinin rəhbərləri və təmsilçiləri, ali təhsil müəssisələrinin tələbə gənclər təşkilatlarının nümayəndələri iştirak etdilər.

BANM-in rektoru Elmar Qasımov tədbirin açılışında çıxış edərək qonaqları salamladı və tədbirin ölkədə ali təhsilin gələcək inkişafı və Azərbaycan ali təhsil müəssisələrinin Avropa İttifaqı ölkələrinin universitetləri və təhsil strukturları ilə  beynəlxalq əməkdaşlığı üçün əhəmiyyətini vurğuladı. Erasmus+ və Avropa İttifaqı tərəfindən dəstəklənən digər təhsil proqramlarının səmərəli istifadə olunmasının zəruriliyindən danışaraq Elmar Qasımov vurğuladı ki, Azərbaycanın ali təhsil müəssisələri 1995-ci ildən  TACİS/Tempus kimi layihələr daxil olmaqla həmin proqramlarda iştirak edir. Rektor, həmçinin  Erasmus+ proqramı çərçivəsində carı ildə BANM və Yunanıstanın Pirey Tətbiqi Elmlər Universiteti arasında müqavilənin imzalanması barəsində məlumat verdi. Rektor Elmar Qasımov tədbir iştirakçılarına müvəffəqiyyətlər arzuladı.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməliyyat şöbəsinin rəhbəri Jeron Uilems bu tədbirin Ali Məktəbdə keçirilməsinə görə BANM-ın rəhbərliyinə öz təşəkkürünü bildirdi və Avropa İttifaqının Azərbaycanda təhsilə dəstək siyasətinin əsas prinsipləri haqqında qısa məlumat verdi. O dedi ki, təmsil etdiyi qurum Təhsil Nazirliyi və ölkənin ali təhsil müəssisələri ilə işləyərək, onlara Avropa təhsil sisteminə inteqrasiya olunmaqda kömək göstərir. “Biz, həmçinin sizə ali və peşəkar təhsil üzrə qrantların və digər yatırımların ayrılması vasitəsilə islahatların uğurla həyata keçirilməsində kömək göstərmək istərdik” – deyə o, bildirdi.

Tədbirdə, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq məsələləri üzrə eksperti Pərvin Qəhrəmanova, SOCAR-ın vitse prezidentinin müavini Asif Şəfəqqətov, Erasmus+ proqramının milli nümayəndəliyinin rəhbəri Pərviz Bağırov, British Council-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Elizabet Vayt, Fransanın Azərbaycandakı səfirliyinin universitetlərlə iş üzrə attaşesi Batist Minyo, SOCAR-ın elm və texniki şöbəsinin əməkdaşı Nazim Vəliyev və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin beynəlxalq yardım və əməkdaşlıq üzrə mütəxəssisi Rza Zülfuqarlı çıxış etdilər.

Sonra tədbir iştirakçıları hesabatları dinlədilər. Proqramın əsas istiqamətlərindən danışan Pərviz Bağırov Erasmus+ proqramının milli nümayəndəliyinin fəaliyyəti, CBHE proqramı və həmin proqram çərçivəsində keçirilən layihələrin müsabiqəsinə aid üçüncü turu haqqında ətraflı məlumat verdi. Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova Azərbaycanda Avropa İttifaqı tərəfindən ayrılan qrantlar üzrə layihələrdən danışdı.

Regional inovasiya  texnologiyalar Akademiyasının direktorunun müavini, İCT və FET NCP HORİZON 2020 qrupunun Azərbaycan üzrə təmsilçisi Xalidə Məlikova “Horizon2020” və əməkdaşlığın inkişafı istiqamətində proqramının imkanlarından söz açdı. Azərbaycanda Erasmus tələbə şəbəkəsinin nümayəndəliyinin rəhbəri Elmar Quliyev Erasmus tələbə şəbəkəsi haqqında məlumat verdi.

Erasmus+ proqramının milli nümayəndəliyinin təmsilçisi Aygün Rüstəmli Avropa İttifaqının digər təhsil proqramlarından və ölkənin ali təhsil müəssisələrinin proqramlarda iştirak imkanlarından söhbət açdi. Tədbirdə çıxış edən Təhsil Nazirliyinin nümayəndəsi Zöhra Cəfərova nazirliyin Ersamus+ proqramının Azərbaycanda həyata keçirilməsində rolundan danışaraq qeyd etdi ki, nazirlik proqrama lazımı dəstək göstərir.

Çıxışlar və məruzələr dinlənildkdən sonra müzakirələr və sual-cavab sessiyası oldu.







5 Dekabr, 2016  11:24 Baxılıb: 1507 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner