Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

QIZ QALASI TARİXİLİYİNİ İTİRİR

Binanı qorumaq məqsədi ilə ağardılması fəsadlar törədir 

XII əsrin tarixi binası sayılan Qız Qalası müasirləşir. Qalanın kərpicləri arasındakı boşluqlar xüsusi maddə ilə doldurulur ki, bu zaman tikilinin rəngində ağarmalar olur. 
Şəhər sakinləri və ekspertlər Qız Qalasının tarixi görünüşünün dəyişməsindən narahatdılar.

Qız Qalasında bərpa və muzey konservasiya işlərinə dövlət büdcəsindən 2,5 milyon manat vəsait ayrılıb. Bərpa və konservasiya işlərini Avstriyanın bərpaçı mütəxəssisi Erix Pummerin başçılığı altında “Atelier Erich Pummer” şirkəti aparır. Bərpa zamanı Almaniyanın “Remmers” şirkətinin xüsusi materiallarından istifadə olunur.

İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğundan AzadlıqRadiosuna bildiriblər ki, Qız Qalasının görünüşündə dəyişiklik yalnız daşın təbii rəng çalarlarının bərpasında özünü göstərəcək: “Bərpa və konservasiya işləri zamanı qaladakı boşluqlar daşəvəzedici məhlulla doldurulacaq. Abidədən bir daş belə çıxarılmayacaq, zədələnmiş daşlar isə bərpa edilərək öz yerinə qaytarılacaq. Artıq bu cür muzey konservasiyası işi ötən il dünya əhəmiyyətli abidə olan Məhəmməd Məscidində (Sınıqqala) aparılıb”.

Simsar.az saytına danışan tanınmış memar Emil Axundlunun sözlərinə görə, Qız Qalasının təmirinə həqiqətən ehtiyac yaranıb: “Uzun illərdi, tarixi tikilinin fasadları təmir olunmayıb, aşınma davam edib. Qalanın üstü açıqdır. Yağan yağış divarı yuyur, hətta qalanın içinə keçir. Bunun qarşısı alınmalı idi. Məsələnin maliyyə tərəfi məni maraqlandırmır. Amma düşünürəm ki, Azərbaycanda kifayət qədər, peşəkar memar, heykəltaraş var ki, onların da imkanlarından istifadə etmək olardı”.

Memarın sözlərinə görə, bərpa və konservasiya işlərindən sonra İçəri Şəhərin müasirləşməsi qaçılmazdır: “İstənilən halda müasirləşmə olacaq. Amma bunu yüksək peşəkarlıqla etmək lazımdır”.

RAMİL






23 May, 2011  16:27 Baxılıb: 2638 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner