Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İslam vəhdəti və müasir gənclik

İslam vəhdəti ümmət üçün günümüzün ən aktual problemidir. İslam sivilizasiyasının birliyi onun müstəqilliyi, azadlığı, tərəqqisi və rifahı üçün yeganə şərtdir. Birlik olmayan yerdə heç bir təşəbbüs, heç bir səy və heç bir mübarizə nəticə verməz. Müsəlman ölkələrini qloballaşan dünyada hegemon dövlətlərin əlaltısı, ucuz xam mal və işçi mənbəsi, sonsuz istehlak bazarı, başqa sözlə desək qul durumunda görmək istəyənlər İslam vəhdətinin onların planlarını necə alt-üst edə biləcəyini anlayırlar. Təsadüfi deyil ki, vəhdət ideyasının, ümmətçilik prinsiplərinin ziyalı müsəlman təbəqələrində geniş vüsət tapması məhz müstəmləkəçiliklə mübarizə dönəminə təsadüf edir. Öz xalqlarını yad mədəniyyətlər tərəfindən istila olunan, sərvətləri talan edilən, mübarizə və müqavimət əzmi sınan toplu şəkilində görən XIX-XX əsrlərin böyük mütəfəkkirləri müsəlmanların birləşməsini zəruri və ilk şərt kimi görürdülər. Bu olmasa, vəziyyətdən çıxış yolu da olmaz. Təqribçilik, yəni “yaxınlaşma” adlanan bu cərəyan həm sünnü, həm şiə alimləri tərəfindən dəstəklənmiş və bu istiqamətdə kifayət qədər addımlar atılmışdı.

Lakin təqribçiliyin hansı nəticələr verəcəyini anlayan hegemon dövlətlər onun müqabilində təkfirçilik, yəni qarşılıqlı ittiham və düşmənçilik dənlərini səpməyə başladılar. Dini təəssübkeşlik və haqq tələblik adı ilə müsəlman müsəlmana qarşı kafir hökmü verdi, onun canına, malına və namusuna əl uzatdı. Nəticədə, nəinki fərqli məzhəbləri təmsil edən müsəlman dövlətləri arasında ədavət yarandı, hətta bir dövlətin daxilində vətəndaş müharibələri başladı. Din adına olmazın cinayətlər törədildi və törədilməkdə də davam etdi. Bu nəinki müsəlman ümmətini xaosa qərq etdi, nəinki inkişaf və tərəqqinin qarşısını aldı, nəinki sabitliyi pozdu, hətta İslam barədə iyrənc təsəvvürlər yaratdı ki, nəticədə islamofobiya meydana çıxdı.

Hər iki ideya - təqribşilik və təkfirçilik, vəhdət və düşmənçilik - əsas nişan kimi gəncliyi götürdü. Hər iki dəstə anlayırdı ki, gənclər ümmətin gələcəyidir və kim onlara təsir edə bilsə, gələcək onların əlindədir. Təqribçilər gənclərin pak ruhiyyəsi, həqiqətsevərliyi, fədakarlığı və çalışqanlığına istinad etdikləri zaman, təkfirçilər onların çılğınlığı, təcrübəsizliyi, sadəlövlüyü və az bilikli olmasından istifadə edirlər.Məhz bu xüsusiyyətlər də təqribçilik və təkfirçiliyi bir birindən fərqləndirir. Çılğın, savadsız, düşüncəsiz, sadəlöv gəncliyi olan xalqlar arasında təkfirçilik, əksinə savadlı, ziyalı, düşüncəli gəncliyi olan xalqlar arasında isə təqribçilik ideyları geniş vüsət tapdı. Lakin, xarici dəstək, amliyyə və propaqanda cəhətindən təkfirçiliyin üstnlükləri var. Daha öncə deyildiyi kimi, təkfirçilik müsəlman ümmətini param-parça edib, əzmsiz, düşüncəsiz, qana susamış insanlar toplusuna çevirmək məqsədi güdür. Müsəlmanları belə görmək istəyən güc mərkəzlkəri, təbii ki, təkfirçiliyə əlindən gələn yardımı edəcək.

Lakin, artıq təkfirçilik sadəcə regional geosiyasi oyunlarda bir dövlətin digərindən üstün olması üçün yararsızlaşıb. Artıq bəllidir ki, məzhəb bölgüsü bu və ya digər müsəlman ölkənin regional hegemona çevirilməsi mümkün deyil. Çünki, təkçirçilik daxili vəziyyətə sirayət edərək, ölkələrin daxili sabitliyini pozur. Yavaş-yavaş da olsa, müsəlman dövlətləri bunu anlamağa başlayırlar və təqribçiliyin, birləşmənin zərudriliyini dərk edirlər. Xüsusən də müsəlman gəncliyi savadlandıqca təkfirçiliyin perspektivlərini görür və təhlükəni hiss edirlər. Üstəlik xəbis hisslərə əsaslanan bir ideya haqq libasında çox gizlənə bilmir və tədricən iç üzünü açmağa başlayır. Bu səbəbdən, vəhdət mövzusunu aktuallaşdırmaq, gündəmdə saxlamaq, təbliğ etmək, bu istiqamətdə səy göstərmək olduqca mühümdür. Bu namaz, oruc kimi bir şəri vəzifədir, vacibdir.

Quran ayələrinə nəzər salsaq bu məslənin nə qədər mühüm olduğunu görərik. Hucurat surəsinin 10-cu ayəsində buyurulur:

“Həqiqətən, möminlər qardaşdırlar. Buna görə də iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, rəhm olunasınız! “

Ali-İmran surəsinin 103-cü ayəsi isə buyurur:

“Hamılıqla Allahın ipinə möhkəm sarılın və ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!”

Ayələrdən bəlli olduğu kimi, müsəlman sadəcə vəhdət edib-etməmək seçimi qarşısında deyil, vəhdətlə ilahi rəhmətə yaxud düşmənçiliklə dünyada uçuruma, Axirətdə isə əzaba düçar olmaq seçimi qarşısındadırlar. Fikir verin, İslam dini birliyə nə qədər önəm verir. Camaat namazları, Həcc ayini, oruc, xüms və zəkat, bir birini yaxşılığa dəvət edib pislikdən çəkindirmək, düşmənə qarşı bir olmaq – bütün bunlar məgər vəhdətin əhəmiyyətindən və zəruriliyindən xəbər vermirmi? Məgər bütün bunlar müsəlmanları bir araya gətirib, dialoq yaratmaq, bir bidirinin vəziyyətinə girmək, bir birinə yardım etmək mənası daşımırmı? Məgər biganəlik və qarşılıqlı nifrət Quranın tənbeh etdiyi xüsusiyyətlər deyilmi?

Təsəvvür edin ki, Quran nəinki müsəlmanları öz aralarında, hətta digər dinləri vəhdətə çağırır. Bütün düşüncə klişelərinə rəğmən, İslam haqsevər və qərəzsiz insanları dinindən, irqindən asılı olmayaraq əziz tutur. “Bəqərə” surəsinin 62-ci ayəsində Allah-Təala buyurur:

“İman gətirənlərdən (müsəlmanlardan), yəhudi, xristian və sabiilərdən Allaha, axirət gününə inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. Onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər”.

Bu gün müsəlman gəncliyi hamıdan çox gələcəyə görə məsuliyyət daşıyırılar. Bu səbəbdən alimlərimiz gənclərə ünvanlanaraq vəhdəti qorumağı dönə-dönə tapşırırılar. Və burada söhbət mənfəət xatirinə vəhdətdən getmir. İslam vəhdətinin mənası bu deyil ki, mən olnlarla savaşmayım ki, onlar da mənimlə savaşmasınlar. Əsla. Alimlərin istifadə etdiyi təbirlərə baxın - onlar digər məzhəbin nümayəndələrini nəinki qardaş, canımız olduğunu bildirir, onları qəlbən sevməyi zəruri hesab edirlər. Çünki, Allahı sevən insanların əməlləri qəlbdən süzülür, nəfsdən yox. Bu olduqca mühüm nöqtədir ki, bəziləri onu səhv anlayırlar. Vəhdət eyniləşmək demək deyil. Vəhdət yeni məzhəb icad etmək demək deyil. Vəhdət hər kəs olduğu kimi qalmaq şərtilə bir birini sevməkdir. Sünnü ilə şiə fərqli ola-ola bir birini sevməli və birləşməlidir. Məharət də budur. Kimsə kiminsə qəidəsini əbul etməsin, xeyr. Hər kəs öz əqidəsində qalsın və bununla belə bir birini sevsin və birləşsin. Necəki, iki qardaş fərqli düşünmələrinə baxmayaraq bir birini sevir və dəstəkləyir, sünnü ilə şiə də belə davranmalıdırlar.

Vəhdətə doğru aparan yolları öyrənmək və vəhdəti pozan hər bir ünsürlə mübarizə aparmaq vacibdir. Kimliyindən asılı olmayaraq, hansı cilddə çıxdığına baxmayaraq, təkfirçi düşüncəni təbliğ edənlərin qarşısında müsəlman gəncələri durmalıdır. Vəhdətlə bağlı seminarlar, konfranslar keçirilməsi gözəldir. Lakin bu nəaliyuyətlər, sözlər həyatda da gerçəkləşməlidir. Başqa məzhəbdən birinin dərdi yarananda biz önə düşməli və ona yardım etməliyik. Ailələrimiz dostluq etməli, qohumluq bağlarımız möhkəmlənməli, fərqli nöqtələr barədə mübahisələr əvəzinə ortaq cəhətlər barədə danışılmalıdır. Ortaq cəhətlərimiz isə, fərqli cəhətlərimizdən qat-qat çoxdur. Sosial şəbəkələrdə, forum və debatlarda mütləq nəzərə alınmalıdır ki, din qardaşımızın heysiyyatına toxunan sözlər istifadə olunmasın. Özümüzü başqalarından üstün tutub, fərqli düşünənləri kafir və fasiq adlandıraraq təkəbbürə qərq olmayaq. Dualarımızda, Allahla xəlvət münacatlarımızda vəhdəti arzulayaq. Bir birimizlə səmimi olaq, və birliyə qarşı atılan hər bir hərəkətin qarşısını qətiyyətlə alaq. (hacishahin.az)

 






30 Noyabr, 2016  16:26 Baxılıb: 3091 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner