Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Tağı Hüseynov: “Bilsəm ki, Zaur saxtakarlıq edir...”

Hüquqşünas Tağı Hüseynov bu günlərdə Simsar.az -ın qonağı olub. Daha çox sosial xarakterli verilişlərdə görünən hüquqşünasla müsahibəni oxuculara təqdim edirik.

-Fikir vermişik dünya siyasəti ilə maraqlanırsız. Bu ay daha çox ABŞ prezident seçkiləri ilə yadda qaldı. Trampın prezident seçilməsini necə qiymətləndirirsiniz?

-Adətən fikrimi vətəndaş,  ailə başçısı, dost, hüquqşünas kimi söyləyirəm. Mən Trampın prezident olmasının əleyhinə olanlardanam.

-Sizcə Klinton seçilsəydi, nə olacaqdı?

-Əslində, mən onun da əleyhinə idim (gülür).

-Bəs sizcə, Amerikanın prezidenti kim seçilməliydi?

-Amerikada da demokratiya ikili standartda olub, yəni niyə Amerikanın prezidenti məhz milyarderlər olmalıdır? Əgər orada belə gözəl demokratiya, düzgün səsvermə varsa, niyə bir müəllim çıxıb demir ki, mən də prezident olmaq istəyirəm.

-Demək istəyirsiniz ki, dünyaya demokratiya dərsi verən bir ölkənin özündə demokratiya yoxdur?

-Mən orada yaşamıram, amma ən azından medianı izləyirəm. Misal üçün, orada polis dur deyir və sən yaxınlaşırsansa o, səni vurur. Amma bizim yazıq polisin paqonunu cırırlar, onun  nə haqqı var əlini silahına atsın və yaxud da vursun. Demək istəyirəm ki, ikili standartlar hər bir ölkədə olur. Istər Avropa, istər İslam dövlətləri olsun. Mən yenə də deyirəm Tramp və Tramp kimilərin prezident olmasının əleyhinəyəm. Baxaq fəxr edək,  bizdə prezident Heydər Əliyev olub,  çox güclü şəxsiyyət və natiq. İndi isə onun oğlu İlham Əliyev. Eyni zamanda Türkiyə prezidenti Ərdoğan.  Bir çox insan Ərdoğanı bəyənmiyə bilər, mənim isə kumirimdir. Ölkəni şəxsiyyətlərin idarə etməsi gözəldir. Rusiyada Putin gəldi dövlət başına hamı da bilirdi ki, bu avtoritetdir. Rusiyanın nüfuzu hara düşmüşdü ən aşağı səviyyədə idi. Amma Putin Rusiyanın nüfuzunu hara qaldırdı.

-Qayıdaq Azərbaycana. Xoşqədəm Hidayətqızının verilişi ilə bağlı sosial şəbəkələrdə video yayılıb, yəqin siz də görmüsünüz. Bu tip verilişlərdə siz də iştirak edirsiz...

-Mən həmişə Zaurun verilişində olmuşam, indi də gedirəm və dediyiniz videolardakı quramalardan getdiyim verilişdə görməmişəm. Heç hiss də etməmişəm. Düzdür, məndən tez-tez soruşurlar ki, orada olanlar həqiqətdir? Cavab verirəm ki, bəs biz orda nəyə oturmuşuq? Həqiqətən də o qədər insan var ki, özünə hörmət qoymur. Çıxır milyonların qarşısında ailə sirrini də tökür, göz yaşlarını da. Mən  Zaurun verilişində yalançı kadrların şahidi olmamışam. Kimdənsə qorxmuram, nə var onu deyirəm. O görüntünü mənə gecə göndərdilər və  baxanda dəhşətə gəldim.  Heç bir şərh bildirmədim. Fikirləşdim deyəcəklər Zaurun verlişində oturur ona görə yazıb. Bu verilişə, axı nə qədər insan baxır, xüsusilə də qadınlar. Onlar da çox həssas varlıqlardır, birbaşa təsir edir qadınlara. Sən onların hissləri ilə niyə oynayasan ki?.

-Paşa müəllimdən müsahibə götürəndə, o vaxt bu video yayılmamışdı. O, da demişdi ki, orada insanları aldadıb təhqir edirlər, rüşvət alırlar. Mən o verilişdən çıxdım və dedim ki, məni daha dəvət etməyin.

-Bəli, rüşvəti mən də eşitmişəm. Mən eşitdiyimi orada-burada yayan insan deyiləm. Belə bir hərəkət mənə yaraşmaz. Mən bilsəm ki, Zaur orda saxtakarlıq edir, Paşa Qəlbinurun sözü olmasın, mənə təhqir kimi gələr. Hər şey qalsın bir kənara, özümə hörmət edən insanam.  Zaur özü də dedi ki, sözügedən videonun yayılmağına  pis olub. Çünki bundan artıq başqa nə biabırçılıq ola bilər ki?

-Vəkillər kollegiyasının üzvüsünüz?

-Xeyr üzvü deyiləm, özəl hüquq şirkətim var. Olsam, gərək bəzi eybəcərlər kimi dövlətdən müqaviləmi gizlədəm.  Mənim alnım açıqdır. Bilmək olmaz, nə vaxtsa qərar verə bilərəm.

-Ümumiyyətlə, vəkillər kollegiyasının üzvü olmaq prestijdir?

-Vəkillər kollegiyasının  bəzi üzvlərini görəndə  o quruma çox nifrət edirəm. Düşünürəm , orda da senzura lazımdır.

-Deyirlər məhkəmə prosesləri zamanı, öz müştərisinin işini qarşı tərəfə satan vəkillər də var...

-Mən də eşitmişəm.

-Sizə də belə təklif olub?

-6-7 dəfə olub. Mən demişəm ki, siz maraqlanın mən  əvvəl polisdə işləmişəm. Oradan əqidəmə görə çıxmışam. Bu o deməkdir ki, kim mənim üzümə nə söyüş söysə, onu götürməliyəm? Əvvəllər elə bilirdilər ki, vəkil ancaq “makler”dir.  Guya məhkəmə ilə vətəndaş arasında bir vasitəçidir. Amma vəkilə baxış indi başqadır. Vəkil universal adamdır.

-Neçə il polis işləmisiniz?

-8 il zabit olmuşam. Sonradan vəkilliyə başlamışam. Bəzi qurumlarda hərdən səndən  yuxarı,   rəis postuna elə bir adam gəlir ki,  heç nədən xəbəri yoxdur və başlayır qurumu öz qaydaları ilə idarə etməyə.

-Niyə bizim polislər xarici polislərdən fərqlənir?

-Bu, bütün sahələrə aiddir. Xaricdəki də ideal deyil.  Mənim üçün ideal polis şux geyimli ,əyni tərtəmiz, ayaqqabısı parlayan , artıq çəkisi olmayan, çox arıq olmayan, ötkəm səsli, mədəni bir şəxs olmalıdır. Polisliyi sevirəm, çox şərəfli peşədir.

-Bəs niyə sevdiyiniz peşəni dəyişdiz?

-Mənə ağsaqqal bildiyim adamlar məsləhət verdilər ki, mülki işdə özünü daha çox göstərə bilərsən. Əslində özüm də qərarlı idim. Dostlarım da dedi, nəsə çətinlik olsa, bizə bildir. Güclü yaddaşım olduğu üçün bu işimdə də uğur qazandım.

-Bəs Zaur Baxşəliyevin verilişinə necə getdiniz?

-Heç vaxt heçkəsin  qapısını döymürəm. Xırdalanda ofisim var. Bir də gördüm ki, bir cavan oğlan gəldi. Sən demə,Faiq imiş.”Ümüd var”verilişinin prodüsseri. Məni verilişə dəvət etdi. Əvvəl razılıq vermədim. Sonra razılaşdım.

-Verilişdə iştirakınıza görə qonarar alırsınız?

-Xeyr, almıram. Kanalla müqaviləm olsa, başqa məsələ. Bir də ki, o verilişdə oturmaq mənə xoşdur.

-Son zamanlar boşanmaların geniş yayılmasının səbəbi nədir?

-İlk növbədə, internet, sosial şəbəkə 50 faiz təşkil edir.  Digər 30 faiz dad qaynana əlindən (gülür). Qaynana-gəlin problemi də böyükdür.  Ailədə hamı öz yerini bilməlidir. Üçüncü səbəb də maddi problemdir. Kişilərin işləməməyi, evdə oturmağı,  qadının işləməsi və sonda bezməyi boşanmaya gətirib çıxarır.

-Sizin ailədə qaynana-gəlin  problemi var?

-Xeyr. Anamla yoldaşım mehribandırlar. Mən həmişə yoldaşıma demişəm ki, hər kəs öz yerini bilməlidir. Yoldaşım da çox ağıllı olduğu üçün mənimlə razılaşır. O da razılaşdığı üçün artıq anamın statusuna çatıb. Dünyaya neçə dəfə gəlsəm yenə də öz həyat yoldaşımla evlənərəm.

Cəmilə Məmmədova

 






29 Noyabr, 2016  19:03 Baxılıb: 6114 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner