Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ərdoğanla Putinin telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı Ərdoğanın təşəbbüsü ilə baş tutub. Dövlət başçıları Suriya böhranının tənzimlənməsi, terrorizmə qarşı mübarizə üzrə birgə fəaliyyəti müzakirə ediblər. Tərəflər Rusiya və Türkiyə xarici işlər nazirləri, müdafiə nazirlikləri və xüsusi xidmət orqanları arasında beynəlxalq terrorizmlə mübarizə sahəsində aktiv dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Putinlə Ərdoğan siyasi, iqtisadi-ticarət sahəsində əməkdaşlıq daxil olmaqla, ikitərəfli əlaqələrlə bağlı məsələləri də müzakirə ediblər. Qeyd edək ki, hazırda Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı çərçivəsində dəstək verdiyi müxalif Azad Suriya Ordusu əl-Bab şəhərinin azad edilməsi üçün döyüşlər aparır. Dünən gecə Suriya ordusuna məxsus hərbi təyyarə əl-Bab ətrafında yerləşən Türkiyə xüsusi təyinatlılarının qərargahını bombalayıb. Nəticədə Türkiyə ordusunun 3 əsgəri şəhid olub, 7 əsgər yaralanıb. Rusiya və Türkiyə prezidentlərinin telefon danışığında əsas müzakirə mövzusunun bu olay olduğu ehtimal edilir.







25 Noyabr, 2016  19:19 Baxılıb: 1632 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner