Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

TAKSİLƏRDƏ GEDİŞ HAQQI QALXIR- ŞOK

10 kilometri 5 manata gedirdik, yeni taksilər 7 manata sürəcək

Ölkəyə yeni taksilər gətiriləcək. Bu barədə anspress.com saytına Nəqliyyat Nazirliyinin "Avtonəqliyyatservis" departamentinin xidmət rəisi Rauf Orucov məlumat verib. Nazirlik sözçüsü deyib ki, Londondan 1000 ədəd “TX4” markalı yeni taksilər Londondan gətiriləcək. Onlardan 100 ədədi may ayının sonuna, 900 ədədinin isə ilin sonuna qədər gətirilməsi nəzərdə tutulub.

R.Orucovun sözlərinə görə, yeni taksilərə taksometrin (sayğac) quraşdırılacaqr. Gediş haqqı kilometrdən asılı olaraq hesablanacacaq. Hələ ki, yeni taksilərdə işləyəcək sürücülərin yığım prosesi gedir. Sürücülər psixi, narkoloji yoxlamalardan keçirilir. Gələcəkdə qeydiyyata düşən sürücülərə təlim keçiriləcək. Sürücülərə təlim keçiriləndən sonra isə 54 saatlıq dərs keçiriləcək və sonda imtahandan keçənlərə sürücülük sertifikatı veriləcək. Kurslar gələn həftədən “Tədris Kurs Təminatı” tədris müəssisəsində keçiriləcək. Sertifikat alan sürücülər artıq işə çıxmağa başlayacaq.

Gətiriləcək 1000 ədəd taksilərə təxminən 1200 nəfərə yaxın sürücü cəlb olunacaq. Sürücülər xüsusi "sürüşən" qrafikə uyğun olaraq çalışacaqlar.

Sürücülər işə götürüldükdən sonra əmək haqqı ilə işləyəcəklər. Onların əmək haqqlarının məbləği hələ dəqiqləşməyib.

R.Orucov deyib ki, yeni taksilərə sayğac qoyulacaq. Hər kilometrə görə isə 70 qəpik pul alınacaq. Onu da bildirək ki, taksilərin yük yeri avtomobilin qabaq hissəsindədir.

Beləliklə, əvvəllər 10 kilometrlik məsafəni 5 manata gedirdiksə, yeni taksilər eyni yolu 7 manata sqrəcək. Bu isə taksilərdə gediş haqqlarının qalxması deməkdir.

Anar İsaoğlu






22 May, 2011  02:22 Baxılıb: 1529 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner