Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Möhtəşəm müsabiqəyə arenanı amerikalılar tikəcək

Arena üçün Dövlət Bayraq Meydanı problem yaradır

lent.az-ın mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, həmin şirkət müsabiqənin keçirilmə məkanı üçün mümkün variantları nəzərdən keçirir və layihə hazırlayır. 

Hazırda əsas variant kimi Dövlət Bayraq Meydanında ən azı 20 min nəfərlik üstüörtülü arenanın tikintisi gündəmdədir. Lakin ehtiyat variant qismində müsabiqənin Tofiq Bəhramov adına Respublika stadionunda təşkili də istisna deyil. Artıq mərkəzi arenanın sənədləri “Eurovision-2012”nin təşkilat komitəsindədir.

Təşkilat Komitəsi Dövlət Bayraq Meydanı variantında israrlı olsa da, bu layihənin reallaşmasında bəzi problemlər yaranıb. Bunlar ərazinin kiçikliyi, avtomobil dayanacaqları üçün sahənin kifayət qədər olmaması, arenanın tutumunun gözlənilən tamaşaçı sayından azlığı, tikinti işlərini həyata keçirmək üçün vaxt darlığıdır.

Bu baxımdan, Respublika stadionunun imkanları genişdir. Mərkəzi arena hazırda 30 min tamaşaçı tutumuna malikdir. Stadionu, üzərində rekonstruksiya işləri aparmaqla, 40 min nəfərlik də etmək olar. Digər tərəfdən, idman qurğusunun ərazisi kifayət qədər böyükdür. Gələn ilin mayında keçiriləcək müsabiqəyədək bu arenanın təhvil verilməsində də problem yoxdur.

Qeyd edək ki, bir neçə gün öncə gənclər və idman naziri Azad Rəhimov “Eurovision-2012” üçün 3 variantın olduğunu bildirib. O, Tofiq Bəhramov adına Respublika stadionu və Dövlət Bayraq Meydanı ilə yanaşı, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin də adını çəkib. A.Rəhimov İdman-Konsert Kompleksinin tamaşaçı tutumunun 10 min nəfərə çatdırılacağını deyib. Lakin Avropa Yayım Birliyi müsabiqənin ən azı 20 min tamaşaçı tutumuna malik arenada keçirilməsini istəyir. Bu səbəbdən, sonuncu variantdan imtina olunub.






22 May, 2011  00:14 Baxılıb: 1403 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner