Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Ukraynalı ulduzlar Opera və Balet Teatrında

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı öz yaradıcılıq ənənələrinə sadiq qalaraq vokal və balet sənəti ulduzlarının iştirakı ilə tamaşaların nümayişini davam etdirir. Teatrın mətbuat xidmətindən Simsar.az -a verilən məlumata görə, bu sıradan növbəti tamaşa dekabrın 10-da baş tutacaq.

Həmin gün teatrda nümayiş olunacaq P.Çaykovskinin "Qu gölü" baletinin tamaşasında baş rol - Odetta-Odilliya partiyasını ifa etmək üçün Ukrayna Milli Operasının prima-balerinası, Ukraynanın Xalq artisti, beynəlxalq müsabiqələr laureatı Tatyana Qolyakova dəvət olunub. Onun tərəf müqabili kimi şahzadə Ziqfrid rolunu isə digər bir ukraynalı balet ulduzu beynəlxalq müsabiqələr laureatı Viktor İşşuk ifa edəcək. Tamaşanı Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.






23 Noyabr, 2016  18:59 Baxılıb: 2148 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



sagbanner